Sabah Facebook-un bu xüsusiyyətinə son qoyulacaq

  • 21 Avqust 2019

Facebook-un qrup mesajları xüsusiyyəti sabahdan etibarən aradan qaldırılır. Facebook-dan verilən məlumata görə, sabahdan etibarən istifadəçilər yalnız mesajlara baxa biləcəklər.

Chip.az xəbər verir ki, dünyada ən çox istifadə edilən sosial media platformalarından biri olan Facebook-un ən yaxşı xüsusiyyətlərindən biri mesajlaşmadır. Facebook-un bu xüsusiyyəti sayəsində istifadəçilər bir-birləri ilə və ya qruplar yaratmaqla mesajlaşa bilirlər.

Facebook-da iki fərqli qrup söhbət xüsusiyyətləri var. Bunlardan biri Messenger vasitəsilə yaradıla bilən qruplardır və dostlar əlavə edə bilərsiniz. Digəri müəyyən bir idarəçi tərəfindən qurulub idarə edilə bilən qruplardır.

Keçən il Facebook yalnız müəyyən üzvlərin daxil olduğu və bir idarəçi tərəfindən idarə oluna bilən qrupların xüsusiyyətlərini təqdim edib. Lakin Facebook-un icma bloqundakı məlumata görə, bu xüsusiyyət sabahdan etibarən əlçatmaz olacaq.

Sabah Facebook-un bu xüsusiyyətindən istifadə etsəniz, yalnız bu mesajları görə biləcəksiniz. Başqa sözlə, bu söhbət qruplarına heç bir mesaj göndərilməyəcək və sabahdan etibarən qruplara yeni adlar əlavə edilməyəcəkdir. Bu qruplar arxiv bölməsinə köçürüləcəkdir.

Facebook-un açıqlamasına görə, Messenger tətbiqi ilə yaradılan qruplara təsir etməyəcək, yalnız xüsusi məqsədlər üçün yaradılan qrupların istifadəsinə son qoyulacaq.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır