Huawei Nova 5T bu tarixdə satışa çıxacaq

  • 21 Avqust 2019

Huawei, Nova 5 seriyalı smartfon ailəsini yeni bir model ilə gücləndirməyə davam edir. Nova 5, Nova 5 Pro, Nova 5i və Nova 5i Pro-dan sonra seriyanın beşinci modeli Huawei Nova 5T təqdim ediləcək.

Chip.az xəbər verir ki, şirkətdən telefonun texniki xüsusiyyətləri və dizaynı ilə bağlı bu günə qədər heç bir izahat verilməyib. Bununla birlikdə, bu gün yayımlanan Huawei Nova 5T -nin avqustun 25-də Malayziyada rəsmi olacağı təsdiqləndi.

Google tərəfindən korporasiyalara təqdim edilməmişdən əvvəl tövsiyə olunan telefonların siyahısına əlavə edilməsii ilə bəzi xüsusiyyətlər məlum olub.

8 GB RAM-a sahib olan telefon 128 GB və 256 GB olmaqla iki fərqli yaddaş təklif edir. Hansı əməliyyat sistemi ilə olcağı isə hələlik məlum deyil. Çıxış tarixi və qiyməti kimi bütün detallar bazar günü keçiriləcək tədbir sayəsində bəlli olacaq.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır