Mario-nun bu bölümü çətinliyi ilə maraq yaratdı (Video)

  • 21 Avqust 2019

Super Mario Maker 2 istifadəçilər tərəfindən istehsal olunan bir çox yaradıcı hissəyə malikdir. Bu epizodlardan biri oyunun klassik ilk hissəsidir. Yeganə fərq, üfüqi deyil, şaquli olaraq hərəkət etməsidir.

Chip.az xəbər verir ki, Super Mario Maker 2 oyunçulara yaradıcılıqlarını nümayiş etdirmək şansı verib. Bu proqram sayəsində Mario həvəskarları inanılmaz ölüm tələləri qurublar.

İndi isə bir istifadəçi, bəlkə də oyun tarixində ən maraqlı simvolu olan Mario 1-1-i yenidən yaradıb. Bu hissənin normal oyundan fərqi şaquli şəkildə hərəkət etməsi və daha çətin olmasıdır.

Oyunu şaquli şəkildə oynamaq üfüqi halından daha çətindir və oyunçunun qabiliyyətlərini xeyli önə çıxardır. Çünki Goomba və bəzi xüsusi quruluşlara yaxınlaşmadığımız müddətdə yıxılırıq. Sadə səslənsə də çox çətin bir hissədir. Tunelə daxil olub çıxmaqla bölümü yenidən qurmaq mümkündür.

Oyunda 9632 cəhddən yalnız 82-si uğurlu olub. Yəni müvəffəqiyyət nisbəti hətta 1 faiz belə deyil. Özünüzə və Mario bacarıqlarınıza güvənirsinizsə, bu hissəni keçməyi cəhd edə bilərsiniz.

Videonu izləyə bilərsiniz:

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır