Elon Musk: ''Dünyaya bir gün asteroid çarpacaq''

  • 21 Avqust 2019

İş adamı Elon Musk Twitter-də növbəti dəfə diqqət çəkən açıqlamalar verib. Məşhur sahibkarın sözlərinə görə, bir gün bir asteroid Yer kürəsinə çarpılacaq. Ən pisi də buna qarşı bir müdafiəimizin olmamasıdır.

Chip.az xəbər verir ki, Elon Musk Twitter-dəki maraqlı açıqlamaları ilə tanınır. Əvvəllər tvitləri ilə gündəmə gələn, hətta problemə girən Musk indi meteoridlər haqqında maraqlı bir açıqlama verib.

Əvvəldə də qeyd etdiyimiz kimi, Apophis adlı bir meteorit planetimizin yaxınlığından keçəcək. Adını Qədim Misirin xaos tanrısından götürən meteorid peyklərimizdən daha yaxın məsafədə keçəcəkdir.

Elon Musk mövzu ilə bağlı paylaşdığı tvitdə "Möhtəşəm ad! Bu meteoriddən narahat deyildim, amma nəticədə Yerə böyük bir parça dəyəcək və bizim heç bir müdafiəmiz yoxdur.'' deyə qeyd edib.

Eni 350 metr olan Apophis adlı nəhəng parça, planetimizin yaxınlığından keçən ən nadir səma daşlarından biridir. Ümumiyyətlə, belə böyük obyektlər daha uzaq orbitlərdən keçir.

Apophis, zərər verəcək potensiala sahib olsa da planetimizə dəymə ehtimalı 100.000-də 1 olaraq hesablanır.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır