Huawei P30 Pro 'Ən yaxşı ağıllı telefon' mükafatını qazandı

  • 20 Avqust 2019

Smartfon sənayesində ikinci ən böyük ad olan Huawei-nin flaqmanı olan P seriyası, ikinci dəfə 'Ən yaxşı ağıllı telefon' mükafatını qazandı. Ard-arda iki dəfə eyni mükafatı qazanan P seriyası kamera üçün böyük təriflər alıb.
 

Chip.az xəbər verir ki, Çin texnologiya nəhəngi Huawei, flaqmanı P30 Pro ilə birlikdə, Avropa Şəkil və Səs Birliyinin (EISA) 'Ən yaxşı Smartphone' mükafatını alıb. Huawei, bu il '2018-2019 EISA Best Smartphone' mükafatını qazanaraq bu kateqoriyada ardıcıl ikinci mükafatı qazandı.

EISA, Huawei-nin flaqmanı P30 Pro-nun şəkil çəkmə qabiliyyətini vurğulayıb. Zəif işıqlı bir performans üçün, "Hazırda bir smartfondan əldə edə biləcəyimiz ən yaxşı performans" budur deyən EISA, kameranın üstün olduğunu vurğulayıb. 

Ultra geniş obyektiv, portret rejimi və periskopik 5x telefon fotoşəkili ilə rəqiblərindən öndə olduğunu ifadə edən EISA, Leica-nın istehsal etdiyi dörd kamera sistemi misli görünməmiş bir aydınlıq və miqyas təmin etdiyini qeyd edib. Kameranın ToF kamera sensoru ilə bulanıqlıq prosesini uğurla başa vurduğunu deyən EISA-nın şərhlərinə görə, kamera heç bir işıqlandırma şəraitində olmasa belə görünməyən detalları göstərir.

Mükafat haqqında açıqlama edən Huawei rəsmisi Li Changzhu, "EISA'dan daha bir mükafat aldığımıza və P30 Pro-nun diqqətini çəkdiyimizə görə çox şadıq. '' deyə bildirib.

Mükafat  Berlində EISA mükafatlandırma mərasimində Huawei-yə təqdim ediləcək.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır