Yalnız 1 ədəd istesal olunacaq xüsusi iPhone 11 dizaynı yayımlanıb - Video

  • 20 Avqust 2019

Sentyabr ayında təqdim ediləcəyi gözlənilən iPhone 11-in dizaynı Rusiyanın "Caviar" şirkəti tərəfindən yayımlanıb. 

Chip.az xəbər verir ki, Apple şirkətinin sentyabr ayında təqdim etməyi planlaşdırdığı iPhone 11-nin dizaynı artıq rusiyalı istehsalçı Caviar tərəfindən buraxılıb. Şirkət təqdimatı gözləmədən yeni flaqmanın xüsusi dizayn versiyalarının fotolarını paylaşıb. Bu prototipə əsaslanan dizaynda həqiqi meteor parçaları, həqiqi ay daşı, bir neçə qiymətli daş və həqiqi Tourbillon saatı var.

Bu dizaynda olan telefonu ödəyə bilməyən istifadəçilər üçün daha ucuz dizaynlar da əvvəlcədən sifariş ediləcək. Məsələn, arxasında oyma daş və titan olan bir peykə bənzəyən iPhone 11 Explorer dizaynı 4500 dollar olacaq.

Bunların arasında, "Rusiya və Sovet kosmonavtlarının qürurlu qeyd etməsi" olaraq adlanan həqiqi kosmik gəminin hissələrindən hazırlanan kiçik Soyuz-MS-01 modeli də dizayna daxil olanlar arasındadır.

Modelin dizaynını link vasitəsi ilə izləyə bilərsiniz:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır