Play Store istifadəçiləri üçün xəbərdarlıq!

  • 19 Avqust 2019

Trend Micro-un təhlükəsizlik tədqiqatçıları Google Play Store-da reklam proqramlarından istifadə edən 85 tətbiqin zərərli olduğunu elan etdilər. Təhlükəli Android tətbiqləri 8 milyondan çox Play Store istifadəçisi tərəfindən istifadə olunur.

Chip.az xəbər verir ki, Google Play-dəki  zərərli proqramlar özünü oyun və ya müxtəlif şəkil tətbiqləri kimi göstərir.

Yüklənən tətbiqlər nişanlarını gizlədir və quraşdırıldıqdan təxminən 30 dəqiqə sonra istifadəçinin telefonunda qısa yol yaradır. Mövzuyla əlaqədar açıqlama verən Trend Micro mühəndisi Ecular Xu, tətbiqetmələrin istifadəçinin davranışlarını izlədiyini və xüsusi üsullardan istifadə etdiyini bildirib. Tətbiq istifadəçinin cihazın kilidini açıb-açmadığını da yoxlayır. İstifadəçi kilidi açdıqda, ekranda istenmeyen reklamlar görünür. İstifadəçi reklamı bağlmadan öncə bütün reklama baxmalı olur.

Edilən açıqlamaya görə, istifadəçilər daha sonra telefona əlavə edilmiş qısa yolları tanımalı və silməlidirlər.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır