Redmi Note 8 Pro-nun xüsusiyyətləri açıqlandı

  • 19 Avqust 2019

Redmi, Xiaomi-dən ayrıldıqdan sonra yeni bir marka halına gələrək gündəmdə qalmağı bacarır.  Bu dəfə  Redmi Note 8 Pro yeni xüsusiyyətləri ilə gündəmdədir.

Chip.az xəbər verir ki, canlı görüntülənən Redmi Note 8 Pro-nun  şəkilləri məhdud olsa da, model haqqında məlumatlar verir. Vizual olaraq göründüyü kimi, modelin arxa və alt hissələrindən gördüyümüz kimi Note 8 Pro-da dörd kameralı quraşdırma və 3,5 mm qulaqlıq girişi olacaqdır.

Ekrandan barmaq izi oxumaq texnologiyasını özündə cəmləşdirən smartfon MediaTek Helio G90T əməliyyat sistemindən təchiz ediləcək.

64 meqapiksellik kamera ilə ilk model olacağı gözlənilən Redmi Note 8 Pro, 12 Megapiksel, 8 Megapiksel və ToF-u da əhatə edəcək. 5000 mAh batareya ilə təchiz ediləcək smartfonun qiymətinin 250 avro civarında olacağı gözlənilir.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır