Peaky Blinders-in 5-ci mövsümü bu tarixdə yayımlanacaq

  • 17 Avqust 2019

Peaky Blinders-in beşinci mövsümünün yayımlanacağı vaxt açıqlandı. Avqustun 25-də BBC One-da yayımlanacaq serial oktyabrın 4-də Netflix platformasında olacaq.

Chip.az xəbər verir ki,  Netflix, məşhur seriyanın beşinci mövsümünün buraxılış tarixini  açıqlayıb.  Seriyanın beşinci mövsümünün 25 Avqustda ediləcəyi BBC One-da, oktyabr ayında isə Netflix-də yayımlanacaq.

Serialın həvəskarları üçün daha bir maraqlı xəbər, beşinci mövsümdə heyətə qatılacaq yeni aktyorlardır. Bu adlardan birincisi, əvvəllər Hunger Games-də Finnick Odair xarakterinə can vermiş Sam Claflin-dir. Komandaya daxil olan digər ad isə The Witch-də, Split-də ve Glass-da yer almış Anya Taylor-Joy-dur. Digərləri Brian Gleeson (Hellboy), Kate Dickie (Game of Thrones) və Emmet J. Scanlan-dur (Krypton). 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır