İnstaqram-ın ən sevilən xüsusiyyəti Tvitterə gəlir

  • 17 Avqust 2019

Populyar sosial media platforması olan Twitter, istifadəçilərin Twitter təcrübələrini başqa bir müstəviyə aparacaq bir yenilik elan edib. Twitter istifadəçilərə yalnız bir hesab təqdim etmir, həm də başlıqları izləyəcək və onlar haqqında tweet edənlərin tvitlərini göstərəcək.
 

Chip.az xəbər verir ki, Twitter istifadəçilərinə təqdim etdiyi xüsusi xidmətlər ilə tanınır. İstifadəçilərinin sosial media təcrübəsini inkişaf etdirməyə çalışan Twitter öz platformasına yeni bir xüsusiyyət əlavə edib.

Hər bir istifadəçinin fərqli maraqlarının olduğunu bilən Twitter istifadəçilərə müəyyən mövzuları izləməklə yanaşı bir hesab izləmələrini də təmin edir. 

Yeni məlumata görə, Twitter istifadəçilərə bəyəndikləri başlıqları bəyənməyə və ana səhifədə tvitləri göstərməyə imkan verəcək. Bu tvitlər yalnız izlənilən hesablardan deyil, həm də izlənilməyən hesablardan da gələcəkdir. İstifadəçilər  başlıqları səssizə alaraq bu xüsusiyyəti söndürə biləcəklər. Twitterin mövzu izləmə xüsusiyyətinin ümumiyyətlə İnstaqramın etiket izləmə xüsusiyyəti ilə oxşar iş prinsipinə sahib olduğunu söyləyə bilərik. 

Twitter bu xüsusiyyətin məqsədini istifadəçilərə daha canlı və cəlbedici bir 'feed' təqdim etmək olduğunu söyləyib.

Hazırda sınaqdan keçirilən bu xüsusiyyət yaxın zamanda platformaya əlavə olunacaq.

 

Nigar Həsənova

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır