Facebook istifadəçilər tərəfindən hələ də fəal istifadə olunan qrupların xüsusiyyətlərini inkişaf etdirməyə davam edir. Yeni xüsusiyyət ilə qrupların məxfilik seçimləri indi nişanlar olan istifadəçilərə göstəriləcəkdir.
Chip.az xəbər verir ki, dünyanın ən populyar sosial media platforması olan Facebook-dakı "qruplar" yenilənir. Facebookun işlədiyi xüsusiyyətlər ilə qruplara həm yeni nişanlar, həm də yeni idarəetmə variantları əlavə olunur.
Facebook’a görə bu yeni xüsusiyyətin tətbiqi ilə istifadəçilər bir qrupa qoşulmaq istədikdə gizlilik xüsusiyyətlərini vizual olaraq anlaya biləcəklər.
Facebook-a əlavə olunacaq nişanlar bu kimi görünəcək:

Bu nişanlar əsasında idarəçilər sadəcə qruplarının məxfilik seçimlərini təyin edəcəklər. Məsələn, bir idarəçi qrupun parametrlərini "Açıq və görünən" olaraq təyin etdikdə qrupu hər kəs tapa bilər və ya "Şəxsi və gizli" olaraq təyin edildikdə qrupa giriş yalnız üzvlər tərəfindən təmin ediləcəkdir.
Facebook-un işlədiyi bu xüsusiyyət həm idarəçilər, həm də istifadəçilər üçün əlverişli bir rahatlıq təmin edəcək. Qrupların məxfiliyini və təhlükəsizlik parametrlərini başa düşməkdə çətinlik çəkən idarəçilər birlikdə parametrləri vizual olaraq öyrənə biləcəklər. Bütün bunlara əlavə olaraq, paylaşımlar Facebook-un süni intellekt alqoritmləri tərəfindən süzüləcəkdir.
Xüsusiyyətlərin nə vaxt olacağı hələ məlum deyil.
Nigar Həsənova