Instagram-da bu paylaşımlar arxa planda qalacaq

  • 16 Avqust 2019

Facebook, Instagramı daxil edərək üçüncü tərəflərin doğruluğunu yoxlamaq üçün yeni üsüldan istifadə edəcək.  Belə ki, artıq  istifadəçilər saxta və ya yalan hesab etdikləri postları işarələyə biləcəklər.

Chip.az xəbər verir ki, bu gün internetin ən vacib problemlərindən biri də yalnış məlumatların çox tez yayılmasına səbəb ola bilməsidir.  Bu sistemdə istifadəçilər gerçək olmayan məlumatları qeyd edə biləcəklər. Son qərar üçüncü tərəflərin düzgünlüyünə nəzarət sistemi tərəfindən veriləcəkdir. Facebook səhv olduğu bildirilən məzmunu arxa plana əlavə etsə də silməyəcək.

Instagram, səhv məlumatlar verən postları arxa plana əlavə edəcək:

ABŞ-dakı İnstagram istifadəçiləri bu gündən etibarən bu xüsusiyyətdən istifadə edə biləcəklər. Xüsusiyyət tezliklə digər ölkələrdə də işləyəcək. Yeni xüsusiyyətdən istifadə etmək üçün üç nöqtəli menyudan ''uyğun deyil'' bölümünü seçmək lazımdır. İstifadəçilər daha sonra səhv məlumat seçimindən istifadə edərək məlumatın düzgünlüyünün yoxlanılmasını tələb edə bilərlər. 

Səhv və ya saxta məlumatlar olan bir paylaşımlar səhifədə qalmağa davam edəcək, lakin müvafiq hashtag səhifəsində görünməyəcəkdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər