Huawei Mate 30 dairəvi kamera sensoru ilə olacaq

  • 16 Avqust 2019

Instagram-da Ice Universe-nin paylaşdığı postda ilin sonunda satışa çıxarılacağı gözlənilən Mate 30-un görüntüsü var. Məlumata əsasən, Huawei Mate 30 seriyası dairəvi kamera sensoru ilə təqdim olunacaq.

Chip.az xəbər verir ki. Huawei-nin modelləri olan Mate 30 Mate 30 Pro-ların bu ilin sonunda satışa çıxarılacağı gözlənilir. İlk məlumatlar telefonların arxa hissəsinin düzbucaqlı bir sıra kamera sensorları ilə olacağı olsa da, lakin dəqiqliyi ilə tanınan  Ice Universe-nin İnstaqram-da paylaşdığı Mate 30 seriyası telefonun dizaynı haqqında məlumat verir.

İlkl məlumata əsasən ulaqlıq girişi Mate 30-da da mövcud olmayacaq, çünki Huawei Mate son iki Pro modelindən 3,5 mm qulaqlıq girişini çıxarıb.

Digər məlumata əsasən Mate 30 yeni bir düymə ilə qarşımızda olacaq:

Telefonun sağ tərəfində yerləşən düymələr diqqət çəkir. Adətən səs artırma düymələrinin yerləşdiyi yerdə,  iki yeni düymə də görəcəyik. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır