Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu bu tarixdən başlayacaq

  • 15 Avqust 2019

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Chip.az Azərbaycan Respublikası Təhsil Nazirliyinə istinadən xəbər verir ki, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq. Bu proses sentyabrın 25-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək. 

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır