“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb - Video

  • 15 Avqust 2019

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb.

Chip.az Müdafiə Nazirliyinə istinadən bildirir.

Verilən məlumata görə, yarışların nəticələrinə və hakimlərin qərarına əsasən 12 komandanın qatıldığı müsabiqədə toplanılan ballara uyğun olaraq Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Özbəkistan komandası üçüncü, Azərbaycan komandası isə dördüncü yerlərə layiq görülüblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır