Telefonunuzla bərabər istifadə etdiyiniz əməliyyat sistemi də dəyişirsə, WhatsApp mesajlarınızı itirə bilərsiniz. Lakin Restore Social App sayəsində mesajlarınızı itirmədən əməliyyat sistemini dəyişə bilərsiniz.
Chip.az xəbər verir ki, WhatsApp, mesajları itirməmək üçün ehtiyat nüsxələrini düzəldir, lakin əməliyyat sistemindəki dəyişikliklər zamanı bu ehtiyat nüsxələrini saxlamır. Dr Wondershare tərəfindən hazırlanan Restore Sosial App, istifadəçiləri bu çətinlikdən qurtarır. Android-dən iPhone-ya və ya iPhone-dan Android-ə keçid zamanı WhatsApp köçürmələrini asanlaşdırılır.
WhatsApp-dan başqa digər məşhur mesajlaşma tətbiqləri üçün də Restore Social App-dan istifadə bilərsiniz.
Tətbiqi kompüterinizə quraşdırın və bu 3 sadə addımı yerinə yetirin:
Köçürmək istədiyiniz iki cihazı, USB kabel ilə kompüterinizə qoşun
Restore Social App-ı açaraq “Transfer WhatsApp messages” bölməsinə klikləyin
Bir müddətdən sonra mesajlarınız yeni telefona ötürüləcəkdir.
Qeyd edək ki, siz həmçinin iCloud, Google Drive istifadə edərək standart üsullarla WhatsApp mesajlarını ötürə bilərsiniz. Restore Social App yalnız bu prosesi asanlaşdırmaq üçün istehsal olunan bir proqramdır.
Nigar Həsənova