"Girls Code" və "Youth Inc." Sahibkarlıq Proqramı "Virtualization for Beginners" mövzusunda seminar keçiriləcək.
Seminarın media dəstəkçilərindən olan Chip.az seminarda haqqında danışılacaq mövzuları sizətəqdim edir:
Belə ki, ödənişsiz baş tutacaq seminarda: "Virtuallaşdırma nədir?"; "Virtual və fiziki mühit arasındakı fərqlər"; "Virtuallaşdırma istifadə etməyin üstünlükləri"; "Virtuallaşdırmanın tipləri hansılardır?"; "Virtual maşın nədir?"; "Virtual maşının komponentləri"; "Virtuallaşdırma tətbiq olunan sahələr"; Virtuallaşdırmaya aid beynəlxalq sertifikatlar mövzuları və daha çox əhatə olunacaq.
Həmçinin seminarda virtuallaşdırma tətbiq edən yerli və xarici şirkətlərin perspektivləri müzakirə olunacaq.
Belə ki, 28 avqust (28.08.2019) tarixində saat 19:00-da baş tutacaq seminar The Office, Bəşir Səfəroğlu küç. 217-də ("Nizami" kinoteatrının arxası) baş tutacaq.
Seminarın təlimçisi ARDNF-da IT əməliyyatlar şöbəsinin müdiri, Educators.Pro Trainings & IT Solutions Center-in rəhbəri və "Sistem İnzibatçılığı" istiqamətində təlimçisi - Fərhad Kərimovdur.
Qeyd edək ki, tamamilə ödənişsiz olan seminarda yerlər məhduddur.
İştirak üçün linkinə tıklayaraq, qeydiyyatdan keçə bilərsiniz : https://forms.gle/M12sJ3FeF2vLwAGR7
Chip.az