Əmək haqqı kriptovalyuta ilə veriləcək

  • 15 Avqust 2019

Yeni Zelandiyada yeni əmək haqqı dövrü başlayır. İndi bu ölkədənin işçiləri maaşlarını kriptovalyuta olaraq ala bilərlər.

Chip.az bildirir ki, Yeni Zelandiya Daxili Gəlir Administrasiyası sentyabrın 1-dən başlayaraq həyata keçəcək yeni ümummilli qərar açıqladı. Bura kriptovalyutaların leqallaşdırılması ilə bağlı qərarlar daxildir. Yeni tənzimləmə ilə indi işçilər kriptovalyuta ilə maaş ala bilərlər. Bu şəkildə maaş almaq istəyənlər bəzi meyarlara uyğun gəlməlidirlər.

Image result for cryptocurrency

Kriptovalyuta ilə maaş almaq meyarlardan asılıdır.

İşçilərin maaşlarını kriptovalyuta ilə alması üçün işçilər gəlir vergisi tələblərinə cavabdeh olmalı, sabit əmək haqqı almalı və normal maaşlarını təşkil edən ödəniş statusuna sahib olmalıdırlar. Başqa sözlə, səhmlər və dividendlər (karlar) kimi ödənişlər kripto valyuta ilə edilə bilməz.

 

Qərar yalnız maaşlı işçiləri əhatə edir. Belə ki, bura dövri xidmətlər, komissiyalar və əlavə faydalar üçün ödənişlər daxildir. Özü üçün işləyən sahibkarların gəliri bu qərara daxil edilmir.

Image result for cryptocurrency

Bütün kripto pullar istifadə olunmayacaq.

Heç bir halda birbaşa milli valyutaya çevrilə bilməyən bir kripto valyuta ödənişinə icazə verilməyəcək. Müddətli olan kriptovalyutalar əmək haqqı ödəmələrində istifadə olunmayacaq, bu valyutaların ticarət üçün istifadə edilməsi lazımdır.

 

Şərtlər arasında ən gözə çarpan və diqqəti çəkən şərt 'kripto aktivinin dəyərinin bir və ya daha çox qiymət valyutasına bağlanmalı” olmasıdır.

 

Qeyd edək ki, Yeni Zelandiya kriptovalyutalar və ümumiyyətlə sektoru tənzimləmək, vergi və inteqrasiya etmək üçün ən çox səy göstərən ölkələrdən biri kimi tanınır.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır