Audi E-Tron ən yüksək təhlükəsizlik mükafatına layiq görüldü

  • 15 Avqust 2019

Audi-nin elektrikli SUV modeli E-Tron, ən yüksək təhlükəsizlik dərəcəsinə layiq görülərək avtomobillər arasında ilkə imza atıb. Bütün təhlükəsizlik sınaqlarında "yaxşı" dərəcəni əldə edən avtomobil, Audi-nin ilk elektrikli avtomobili ilə fəxr etməsinə səbəb olub.

Chip.az xəbər verir ki, Audi-nin ilk elektrikli avtomobili olan E-Tron, ilkə imza atmağı bacarıb. Insurance Institute for Highway Safety-in keçirdiyi qəza testlərindən olduqca yaxşı keçən avtomobil, təhlükəsizlik mükafatının sahibi olub. Qeyd edək ki, qəza sınaqları saatda 65 km sürətlə aparılıb.

Bu testləri edərkən IIHS, Audi-nin “Pre Sense Front” adlı süni intellekt əyləc sisteminin 40 km / saat sürətdə uğurlu işlədiyini də anladı.   Audi E-Tron-dan əvvəl bu testi sınaqdan keçirən Tesla Model S Chevy Bolt, E-Tron-un müvəffəqiyyətindən çox geri qalıblar. Hələ sınaqdan keçməmiş Tesla Model 3-ün isə tezliklə sınaqdan keçiriləcəyi deyilir.

Sınaq görüntülərini link vasitəsi ilə izləyə bilərsiniz:

 Audi ilk elektrikli nəqliyyat vasitəsi olan E-Tron-u işə saldıqda  problem yaranmışdı. Şirkət E-Tron-nun yanma təhlükəsinin olduğunu söyləyərək bir neçə yüz E-Tron-u geri almışdı. Bu pis tendensiyaya baxmayaraq, E-Tron ən yüksək təhlükəsizlik mükafatına sahib olaraq bir dəfə batarya doldurması ilə 328 kilometrə qədər səyahət edir.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər