20 illik orijinal Pokemon kart dəsti 107 min dollara satıldı

  • 14 Avqust 2019

Təxminən 20 illik Pokemon kartlarının toplusu, 6 rəqəmli qiymətə satıldı. Kolleksiya parçaları çox ciddi qiymətlərə satıla bilər və düşünə biləcəyiniz bir çox şey kolleksiya parçası hesab edilə bilər. Bu kolleksiya da bunlardan biridir və bir neçə gün öncə gərçəkləşdir. 103 ədəd ilk buraxılış olan Pokemon kartları 6 rəqəmli bir qiymətə satıldı.

 

Chip.az bildirir ki, tam olaraq 107.010 dollara satılan kolleksiyada Charizard adlı Pokemon-un ilk holoqram çap kartı da var idi. Belə ki, Goldin Auctions adlı hərracda keçirilən aksuon sonunda kartların sahibi 103 kartla kiçik sərvətə sahib oldu.

pokemon

Bu kolleksiyanı digərlərindən fərqləndirən şey kartların əla saxlanmasıdır. Mütəxəssislər, Gem Mint 10 (demək olar ki, qüsursuz) vəziyyətində olduğu deyilən kartların uzun müddət belə yaxşı vəziyyətdə saxlanıla bilməsininn də qiymətə təsir etdiyini bildiriblər.

pokemon kartı

Qeyd edək ki, 1999-cu ildən bəri saxlanılan kartların kənarlarına belə cızılmaması möcüzə adlandırıla bilər və kartların belə yüksək qiymətə satılması bir çoxları tərəfindən müzakirə edilir. Bu kartların bir kollektor üçün münasib qiymətə satıldığını söyləyə bilərik, xüsusən bu gün çap edilmiş kartların ətrafında müəyyən səhvlərin ola biləcəyi düşünülərsə.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır