Huawei, EMUI 10 tətbiqinin yüklənəcəyi tarixləri açıqladı

  • 14 Avqust 2019
  • 80

Huawei-nin EMUI 10 interfeysi keçən həftə rəsmi olaraq təqdim edildi və istifadəçilər bu yeniləməni cihazlarında nə zaman görəcəklərini maraqlandılar. Belə ki, Huawei-nin rəsmi forumunda Android Q əsaslı EMUI 10, hansı telefonlara nə vaxt yüklənəcəyi açıqlandı.

Chip.az bildirir ki, Huawei, keçən həftə öz əməliyyat sistemi olan EMUI 10 interfeysini təqdim etdi. Android Q əsaslı EMUI 10, yeni bir tətbiq qalereyası və rəqəmsal sağlamlıq tətbiqləri daxil olmaqla mövcud Huawei smartfonlarına yeniliklər gətirir. EMUI 10 interfeysinin ilk beta yeniləməsini Huawei P30 seriyası alacaq.

Huawei EMUI 10

Huawei-nin rəsmi açıqlamasına görə, Huawei P30 P30 Pro, 8 sentyabrda EMUI 10 yeniləməsini alacaq. Bundan sonra Huawei Mate 20, Mate 20 Pro, Mate 20X və Mate 20 RS Porsche Design də yeniləmələri 2019-cu il sentyabr ayının sonlarında alacaqlar.

 

Honor cihazlarına gəldikdə isə, Honor 20 Pro, Honor V20 Honor Magic 2 2019-cu il sentyabr ayınının sonunda Magic UI 3.0 yeniləməsini alacaqlar. Bütün bu beta versiyalar Android Q-a əsaslanır, buna görə də bu cihazların hamısı tezliklə Android-in son versiyasını işlədəcəkdir.

 

EMUI 10 yeniləməsi Huawei üçün böyük bir yeniləmədir, çünki cihazların performansını və axıcılığını artırır. Bu yeniləmə ilə şirkət hətta qaranlıq olmayan rejim tətbiqlərini qaranlıq rejimdə işləməyə məcbur edən bir xüsusiyyət təqdim edir.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Huawei-nin yeni əməliyyat sistemi HarmonyOS təqdim edildi: möhtəşəm imkanları və özəllikləri barədə hər şey!

HDC 2019-un (Huawei Developer Conference) başlamasıyla təqdim edilən ilk məhsul, şirketin özünün hazırladığı əməliyyat s

Huawei-nin EMUI 9.1-i yayacağı smartfon siyahısında 49 cihaz yer alır

Chip.az bildirir ki, Huawei EMUI-nin yeni 9.1 versiyasının hansı model ağıllı telefonların alacağını göstərən siyahını bu gün t

Ən təhlükəsiz smartfon hansıdır?



Chip.az “OANE” resursuna istinadən yazır ki, mütəxəssis Cessika Or

iPhone 11 3 Kamera ilə gələcək?

 Apple bu ilin payızında yeni telefonları təqdim edəcəyini bilirik. IPhone 11 olması gözlənilən yeni flaqman iPhone 11 və iPhone 11 Max olacaq ən azı 2 model ilə t

Youtubedan iphone XS və XS Maks üçün HDR dəstəyi!

Bildiyiniz kimi Apple, Youtube kodeklerini istifadə etməyi o qədər də üstünlük verməsə də, populyar video oynatma platforması yeni iphone istifadəçilərinə maraqla gözlənilən d