Alimlər Yerə yaxınlaşan təhlükə haqqında açıqlama verib

  • 10 Avqust 2019
  • 47

Alimlər diametri təxminən 300 metr olan asteroidin planetimizin yaxınlığından keçməsi ilə bağlı xəbərdarlıq ediblər. 2006 QQ23 adlı göy cismi hazırda medianın gündəmindədir.

Chip.az xəbər verir ki,  kosmosda sonsuz sayda göy cisimləri var və bunların mühüm bir hissəsi meteoritlərdir. Bu quruluşlar tez-tez ətrafındakı hər hansı bir cazibə qüvvəsinin təsiri ilə boşluqda  gəzirlər.

Bu meteoritlərdən biri olan 2006 QQ23 son vaxtlar medianın gündəmindədir. 300 metrdən uzun olan bir göy cisminin Yerə toqquşması fəlakətə səbəb ola bilər. Buna baxmayaraq tədqiqatçılar və elm adamları bu asteroidin planetimizə dəyməyəcəyini və Aydan 9 milyon kilometr məsafədə keçəcəyini bildirirlər. Planetimizə toqquşan böyük asteroid 66 milyon il əvvəl olub və nəticədə dinozavrların sonunu gətirib. 

Bu ilin sonunda 500 metrlik bir meteorit Yerdən təxminən 6 milyon kilometr məsafədən keçəcəkdir. Həmin meteorit keçidinin sentyabrın 14-də baş verəcəyi gözlənilir.

NASA-nın idarə heyətindən olan Jim Dridenstine əvvəllər asteroidin toqquşması təhlükəsini xəbər vermişdi. Dridenstine növbəti 100 ildə heç bir toqquşmanın olmayacağına əmindir, amma buna arxayın olmağı da məsləhət görmür.

Nigar Həsənova

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Google 1 aprel tarixinə özəl Maps-da snake oyununu aktivləşdirdi

Chip.az bildirir ki, dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Google hər il olduğu kimi bu il də 1 apreldə boş durmadı və Google-ni

Humble Bundle, Bu Həftənin Sonuna Xüsusi 9 Oyunu Pulsuz Edib


Xüsusilə münasib qiymətli kütləvi oyun paketləri və pulsuz oyunları təqdim edən Humble Bundle, bu həftə sonu üçün 9 oyunu birdən pulsuz olaraq qarşımıza çıxırır. Al

Playstation Plus İyul oyunları bəlli oldu!

Playstation Plus iyul ayı oyunları haqqında məlumat yayılıb 3 İyuldan etibarən oyunları endirə biləcksiniz.

PS4

Ödənişsiz oyun imkanını əldən buraxmayın: What Remains of Edith Finch

Chip.az bildirir ki, Epic Games, Steam platformasına  rəqib olma məqsədiylə yola çıxdığından bəri bir çox pulsuz oyunla qarşımız

CinemaPlus-da Şərq gecəsi

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Şərq gecəsi və çoxdan gözlənilən Disney şirkətinin məhsulu olan "Ələddin" filminin nümayişi ke