Ekspert: Məktəblər İnformatika fənninin evini yıxır!

  • 10 Avqust 2019

Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı bu bilik yarışı özünün zəngin proqramı ilə seçilir.

Xəbər verdiyimiz kimi birinci yeri 547.09 xalla ABŞ komandası, ikinci yeri 511.22 xalla Rusiya komandası və üçünçü yeri 494.33 xalla Kanada komandası yer alıb. Azərbaycan komandası isə bürünc medal uğrunda mübarizə aparsa da olimpiyada da yer tuta bilməyib. Bəs bu uğursuzluğun səbəbi nədir?

Chip.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz statusunda bildirib. Onun sözlərinə görə ''Bizdə tədris prosesində və ali məktəblərə qəbulda informatikanın rolu düzgün qiymətləndirilməyib, ənənə formalaşmayıb və oturuşmuş informatika məktəbi yoxdur. Biz hamılıqla, hökumət, məktəb, müəllim və valideyn olaraq, şagird 9-cu sinfə çatanda məqəsdyönlü olaraq informatikanın “evini" yıxırıq."

İnformatikanın "evinin yıxılması" prosesinə aydınlıq gətirərək ekspert bildirib ki, "İnformatika 1-ci sinifdən tədris olunur. Aydındır ki, başqa ölkələrdə olduğu kimi bizdə də aşağı siniflərdə informatikaya, texniki-texnoloji sahəyə meyilli uşaqlar olur. Və bu uşaqlar bizdə 8-ci sinfə qədər İT sahəsi üzrə bilik -bacarıqlarını hər gün təkmilləşdirirək inkişaf edirlər. 9-cu sinifdə isə situasiya dəyişir. Məlumdur ki, bizdəki mövcud təhsil sisteminə görə 9-cu sinifdə hər bir məktəbdə və hər bir evdə artıq şagirdin hansı ali məktəbə, hansı ixtisas sahəsinə gedəcəyi müəyyən olunur. Bu həm məktəbə lazımdır ki, adını-nüfuzunu qorusun, təbii həm də valideynə lazımdır ki, uşağı ali məktəbə qəbul olsun. Həmin İT istiqamətdə inkişaf edən uşaqlar da təbii ki İT və Kompüter elmləri üzrə ixtisası seçirlər. İnformatika bir fənn olaraq məktəb üçün, valideyn üçün əhəmiyyətsiz bir predmetə çevrilir.
Görünür məhz elə bu səbəbdən TN bir ara ümumiyyətlə İnformatikanı təmayül məktəblərdə fundamental fənlər siyahısından çıxarmışdı. Sonradan bu bərpa olundu
9-cu ildir ki informatika üzrə beynəlxalq yarışlarda uğursuzluq bizi izləyir. Hətta təmayülləşmə xətti də bu sahədə özünü doğrultmayıb. Çünki baxmayaraq ki, şagird İT üzrə təmayülləşmə seçib, amma kimyadan qəbul imtahanı “damokl qılıncı” kimi başının üstünü kəsdirib. Bəs bunun üçün nə etməliyik?

Məktəbdə, evdə və cəmiyyətdə İnformatikaya münasibəti dəyişməliyik. Bunun yolu isə mütləq şəkildə ALİ məktəblərdə qəbulda İT üzrə ixtisaslarda kimyadan deyil informatikadan imtahan salınmasındadır. İnformatika üzrə normal kurikulumlar və vəsaitlər hazırlanmalıdır. Informatika üzrə kadr hazırlığına xüsusi önəm verilməlidir.

Qeyd edək ki, “IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Olimpiada avqustun 11-nə kimi öz işinə davam edəcək.

Chip.az

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır