HarmonyOS yoxsa, Hongmeng OS: Huawei-nin yeni əməliyyat sisteminin adı nədir?

  • 10 Avqust 2019
  • 62

Google ilə aralarında keçən böyük Android problemindən sonra Huawei dünən HarmonyOS əməliyyat sistemini təqdim etdi. Şirkət Çinin xaricindəki bazarlarda anlaşmanı asanlaşdırmaq üçün adın seçildiyini və əməliyyat sisteminin adının Hongmeng OS olaraq Çində istifadə olunacağını bildirdilər.

Dünən təqdim edilən yeni əməliyyat sistemi haqqında məlumat vermişdik.

Belə ki, bu günə qədər bütün xəbərlərdə bu adın Hongmeng olacağı bildirilirdi. Lakin, təqdimatda adın bu cür təqdim olunması bəzi çaşqınlıqlara səbəb oldu ki, Huawei buna aydınlıq gətirdi.

 

Chip.az bildirir ki, şirkətin əsas nümayəndələrindən biri olan Yu Chengdong, çin dilində "Dünyanın başlanğıcı" mənasını verən Hongmeng, ingilis dilində "Harmoniya" mənasını verən qarşılığı Harmony ilə əvəz oluduğunu açıqladı.

harmony os

Chengdong-a görə, şirkət Çindən xaricdə HarmonyOS adını istifadə edərkən, öz ölkələrində əməliyyat sistemini Hongmeng OS olaraq istifadə ediləcək. Aydındır ki, şirkət bunu adın daha anlaşıqlı və daha çox insana çata bilməsi üçün edir.

 

Qeyd edək ki, Huawei şirkətinin məlumatına görə, HarmonyOS 10 avqust 2019-cu ildə Honor Smart Screen eyni vaxtda bazara buraxılacaq.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Bil Qeyts robotlar üçün verginin tətbiqini proqnozlaşdırır

Milyarder, “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts gələcəkdə vergi sisteminin dəyişəcəyini və insanların öz iş yerini saxlamasına imkan vermək üçün robotlar

DxOMark testindən keçən Xiaomi Mi 9 rəqiblərini geridə qoydu

Chip.az bildirir ki, son illərdə qabaqcıl texnologiya markası olan Xiaomi bu gün rəsmi olaraq yüksək gözlənilən flaqman Mi 9-u təqdim etdi.

Q

Yeni Windows 10 ilə Android sistemli telefonlar kompüterdən idarə oluna biləcək

Chip.az bildirirr ki, Microsoft-un Windows Phone ilə işi qurtarandan bəri, texnologiya nəhəngi digər iki böyük ağıllı telefon əməliyyat sistemi ilə

Dünyada ən sürətli superkompüter hazırlanır

Chip.az xəbər verir ki, “Frontier” adlı sistem “Cray” server istehsalçısı, ABŞ-ın Energetika Nazirliyi və “Oak Ridge” Milli Laboratoriyası tərəfindən bir

Xiomi Mi 9 modelinə yeni xüsusiyyət əlavə edilə bilər

Chip.az xəbər verir ki, “Xiaomi”ni baş icraçı direktoru  Lei Jun “Mi 9”a tətbiq olunacaq yeni özəllik haqqında danışıb. Lei Jun istifadəçilərin barmaq izi