İnnovasiyalar Agentliyinə rəhbər təyin olundu

  • 09 Avqust 2019
  • 45

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib. 

 

Tural Kərimli İnnovasiyalar  Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub.

 

T. Kərimli 1981-ci ildə anadan olub.

 

Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb.

 

Təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib.

 

T. Kərimli 2009-2017-ci illərdə “İSRA” Şirkətlər Qrupuna rəhbərlik edib.

 

2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, bundan əvvəl Fariz Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin  UNEC  Biznes Məktəbində baş müəllim,  Ayan Kərimova isə “Yüksək Texnologiyalar Parkı” MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Avtomobil

Azərbaycanlı oliqarxlar tərəfindən ölkəyə gətirilən "unitaz"lı lüks maşınlar - FOTOLAR

Azərbaycanlı oliqarxlar Avropa istehsalı olan bahalı avtomobilləri Türkiyədə daha lüks və konfortlaşdıraraq alıb, Bakıya gətirirlər.


Chip.az Unik

2019-cu ilin Dünya üzrə İlin ən yaxşı Avtomobili mükafatı nominantları bəlli oldu

Chip.az bildirir ki, hər il keçirilən İlin Avtomobil-i adına layiq olacaq avtomobillər bu il 6 kateqoriya üzrə dəyərləndiriləcək. Hər bir kateqoriyada 5 avtomobilin yarışacağı 1

Elektrik enerjisi ilə işləyən avtomobillər üçün ən uyğun dizayn tapıldı

REE adlı israilli yeni bir şirkət gələcəyin elektrik enerjisi ilə işləyən avtomobillərinədə yol açacağını iddia edilən bir dizayn hazırlayıb. Dizaynda təkərlərdən ə

Fordun yeni dizaynlı avtomobili: Mustang Shelby GT500

Asfaltları əridəcək 2020 Mustang Shelby GT500 üçün son hazırlıqlarını edən Ford vasitənin 760 at gücü və 847 Nm tork istehsal edəcəyini açıqlayıb.

BlackBerry avtonom avtomobillərin istehsalına 310 milyon dollar ayırıb

Chip.az bildirir ki, şirkət QNX platformasına 310 milyon dollardan artıq sərmayə yatıracağını açıqlayıb.

BlacBerry Limited avtomobil mərkə