Oppo, ilk gəzən otelini açdı

  • 09 Avqust 2019

Oppo, Avstraliyanın Gold Coast şəhərində konteynerini 5G bağlantısı dəstəkləyən otelə çevirdi. Otel müştərilərə 5G təcrübəsi olan yeni texnologiyalar təklif edir.

Chip.az xəbər verir ki, 5G texnologiyasının tətbiqi ilə internet sektoru üçün yeni bir dövr başlayacaq. 5G texnologiyası hazır vəziyyətə gətirilərkən Oppo maraqlı bir səy göstərdi. Çin texnologiya istehsalçısı konteynerini düzəldərək 5G bağlantısı dəstəyi ilə bir otelə çevirdi.

Oppo-nun Avstraliyanın Gold Coast sahilindəki otelinə "Oppo 5G Otel" adı verildi və bu oteldəki müştərilər 5G texnologiyasının nələr təklif edə biləcəyi haqqında öyrənirlər.

Oteldə bir yataq otağı var və ağıllı güzgülər, genişlənmiş reallıq xidmətləri kimi müxtəlif texnoloji xidmətləri özündə cəmləşdirir.

Oppo 5G Oteldə olan geniş  xidmətlər müştərilərin böyük marağına səbəb olur. Bu xidmət sayəsində oteldə qalan müştərilər paltarlarını geyinmədən sınamaq və bununla da paltarların uyğun olub olmadığını asanlıqla anlamaq imkanı əldə edirlər.

Otel otağındakı ağıllı güzgü də müştəriyə güzgüdən əldə edə biləcəyi bütün xidmətləri əldə etməyə imkan verir. Bu ağıllı güzgü ilə müştərilər televizora baxa, internetə qoşula, film izləyə və selfie çəkə bilərlər. Bundan əlavə, otaqdakı "Hər yerdə oyun" xidməti müştərilərə həm kompüter oyunlarına, həm də Reno 5G oyun kitabxanasına daxil olmaq imkanı verir.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır