Facebook, Instagram və WhatsApp mesaj xidmətlərini birləşdirir

  • 09 Avqust 2019

Facebook-un yeni məqsədi bu üç xidmət arasında əlaqə yaratmaqdır. Facebook Messenger tətbiq kodları ilə eksklüziv mesajlaşma xüsusiyyəti olan Instagram mesajları dəyişdirmək qərarına gəldi. Şirkət bununla da WhatsApp, Instagram və Facebook istifadəçilərinin bir-biri ilə ünsiyyət qurmasına imkan yaratmağı hədəfləyir.

Chip.az xəbər verir ki, Facebook-un rəhbəri Mark Zuckerberg, Facebook-un lazım olan hörmət və əhəmiyyət görmədiyini söyləyib. Onun sözlərinə görə, Instagram kimi tətbiqlərin nüfuzu Facebook-a bağlıdır. Bu tətbiqetmələrin hazırda o qədər məşhur olmasının səbəbi, son illərdə tez-tez qalmaqallarda iştirak edən Facebook-un bu tətbiqlərə sərbəstlik verməsidir.

Zuckerberg-in yaratdığı təzyiqlər səbəbindən həm WhatsApp, həm də Instagram qurucuları Facebook-dan ayrılıb.  Federal Ticarət Komissiyası (FTC) Facebookun rəqabəti aradan qaldırmaq üçün İnstaqram və WhatsApp-ı alıb-almadığını araşdırır.

Facebook tətbiqlərin adlarını də dəyişdirməyi planlaşdırır. İnstagramın adı ''Instagram from Facebook'', WhatsApp-ın adı ''WhatsApp from Facebook'' olaraq dəyişdiriləcək. Bundan əlavə, WhatsApp və Instagram işçiləri fb.com elektron poçtlarından istifadə etməyə başlayacaqlar.

Nigar Həsənova
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər