HDC 2019-un (Huawei Developer Conference) başlamasıyla təqdim edilən ilk məhsul, şirketin özünün hazırladığı əməliyyat sistemi oldu. Görünən odur ki, HarmonyOS olarak adlandırılan bu əməliyyat sistemi haqqında hələ çox danışılacaq.
Chip.az bildirir ki, Huawei-nin yeni əməliyyat sistemi HarmonyOS təqdim edildi. Çinin texnologiya nəhəngi Huawei-nin, Android rəhbərliyinin açıqlamasından sonra ABŞ lisenziyası ləğv edildi. Huawei bunun şirkət və istifadəçilər üçün problem olmadığını açıqlayaraq, dərhal yeni sistem üszərindəişə başladı.
Budur, gözlənilən gün gəldi və bu gün HDC 2019 başladı. Tədbirlər çərçivəsində şirkətin yeni əməliyyat sistemini təqdim etməsi gözlənilirdi və gözlənildiyi kimi də oldu. Huawei öz əməliyyat sistemini təqdim etdi.

Huawei yeni əməliyyat sistemi HarmanyOS-un özəllikləri:
Huawei-nin əməliyyat sistemi artıq HarmonyOS-dur. Əslində, bu adı çoxdandır eşidirik, lakin bu təqdimatla rəsmi şəkildə tanıdıldı. HarmonyOS Çin dilində HongmengOS adlanır.

Bir prosessora sahib olan hər hansı bir cihazda HarmonyOS-dan istifadə edilə biləcək!
Huawei-nin İstehlakçı İş Qrupunun baş direktoru Richard Yu, bu əməliyyat sisteminin geniş bir şəkildə istifadə edilə biləcəyini və mikro əsaslı ilk əməliyyat sisteminin olduğunu söyləyir. Yu, HarmonyOS-un açıq mənbə olduğunu ifadə edərək, inkişaf etdiricilərin işləyə biləcəyi bir əməliyyat sistemi hazırladıqlarını söylədi.
Açıqlamasında HarmonyOS-un hansı cihazlarda istifadə edilə bilinəcəyinə dair suallara Yu, smartfonlar və ağıllı televizorlar kimi inkişaf etmiş məhsullardan tutmuş sadə sensorlu bütün cihazlarda istifadə olun abilinəcək deyə cavab verib. Ağıllı dinamiklər, planşetlər, avtomobillər, kompüterlər, ağıllı saatlar və simsiz qulaqlıqlar Harmony OS əməliyyat sistemindən də istifadə edə biləcəklər.

Android tətbiqlərini dəstəkləyir:
Əməliyyat sistemi haqqında demək olar ki, hər təfərrüatı paylaşan Yu, HarmonyOS-un geniş sistem dəstəyinə sahib olduğunu bildirib. Yu-nun açıqlamasına görə, HarmonyOS Android, Linux və HTML5 əsaslı hər tətbiqə dəstək ola biləcək. Bundan əlavə, Java, Kotlin, Javascript, C və C ++ bu əməliyyat sisteminin inkişafında istifadə ediləcəkdir.

Donmayan əməliyyat sistemi:
Yu, HarmonyOS-un istifadəçilərə sürətli bir performans təmin edəcəyini və HarmonyOS-un kilobaytlıq RAM-dan giqabaytlıq RAM-a qədər geniş yaddaş aralığında işləyə biləcəyini bildirib.

Google üçün yönləndirilən mesaj aydındır: "Biz ekosistemə hörmət edirik"
Huawei-nin Consumer Business Group baş direktoru Richard Yu, bu əməliyyat sisteminin hazırda smartfonlarda istifadəyə hazır olduğunu, ancaq ekosistem və tərəfdaşlığa hörmət etdiyini açıqladı. "Hal-hazırda bütün smartfonlarımız HarmonyOS-a keçməyə hazırdır, amma biz bunu etməyəcəyik." Yu, hər şeyə baxmayaraq Google ilə əməkdaşlığa maraqlı olduqlarını söyləyib.
Hazırki durumu nəzərə alaraq, Yu, Google və ABŞ-ın qərarlarına görə Android əməliyyat sistemini istifadə edə bilməyəcəkləri təqdirdə HarmonyOS-a keçid edə biləcəklərini açıqladı.

HarmonyOS-dan istifadə ediləcək ilk cihaz ağıllı ekran olacaq:
Huawei-nin HarmonyOS-u istifadə edən ilk cihazının ağıllı ekran sistemi olacağını izah edən Yu, yaxın üç il ərzində bu əməliyyat sistemindən istifadə edəcəkləri geyim məhsullarını satışa çıxarılacaqlarını və avtomobillərin beyin hissələri üçün HarmonyOS üzərində işləməyə davam edəcəklərini açıqladı.

HarmonyOS tam açıq mənbə əməliyyat sistemi olacaq!
HarmonyOS ekosistemi inkişaf etdiricilər üçün tam açıq mənbə olacaqdır. Bu, əməliyyat sisteminin mümkün qədər tez zamanda daha çox cihazlara yayılmasına imkan verəcəkdir.
İstehsalçılar əməliyyat sistemini cihazlarına görə özəlləşdirə biləcəklər. Bunu edərkən də HarmonyOS ekosisteminin bütün imkanlarından tam yararlana biləcəklər.

Əsl rəqib nə Android, nə də iOS deyil: Real rəqib Google Fuchsia OS-dur!
Google, illərdir Android-in tezliklə dəyişdiriləcəyi planlaşdırılan Fuchsia OS-da çalışır. Harmony kimi, əməliyyatla bütün cihazlarda işləməsi planlaşdırılan Fuchsia OS əslində ekosistemi müəyyənləşdirir. Gələcəkdə istifadə edəcəyimiz elektron cihazlar, müstəqil əməliyyat sistemləri əvəzinə eyni mənbədə toplanan ekosistem əsaslı əməliyyat sistemlərindən istifadə edəcəklər.
Buna görə Huawei Google, Microsoft və Apple kimi ABŞ-ın müasir ekosistemi qabaqcıllarına ən böyük alternativ olmaq istəyir. Huawei-nin hücumu yaxın illərdə ABŞ şirkətləri arasında deyil, həm də qlobal rəqabətin əsas göstəricisidir. Bir sözlə, əlimizdə tutduğumuz smartfonlardan daha çox şey hədəfləyir.
Sevinc Baba-zadə