Elm adamları, saxta alkoqol ticarətinin qarşısını almaq olan süni dil istehsal etməyə müvəffəq oldular. Cihaz fərqli viski dadlrını ayırd edə bilməklə yanaşı bir çox sahədə istifadə edilə bilər.
Chip.az bildirir ki, Qlazqo Universitetinin alimləri saxta spirt ticarətini azaltmaq üçün süni dil istehsal etdilər. İstehsal etdikləri süni dil cihazının istifadəçilərə hər viski növü arasındakı ən kiçik dad fərqini də göstərə bilməsini hədəfləyirlər. Cihazın dizaynında viski dadını ayırd edə bilməyi təmin etmək üçün qızıl və alüminiumun optik xüsusiyyətlərindən faydalanır.
Süni dildə damaşəklində düzülən, normal bir mikroskopla görünə bilməcək şəkildə çox kiçik olan alüminium və qızıl hissəciklərindən istifadə edilib. Komanda insanlarda olan dad qəbuledicilərindən 500.000 dəfə kiçik olan bu dad müəyyənedici cihazın üzərinə müxtəlif viski nümunələrini tökdü. Sonra bu reseptorların alkoqol ilə örtülü olduqları halda işığı necə udduqlarını ölçdülər.

Süni dildəki metalların işığı keçirmələrindəki incə fərqlərin təhlili komandaya fərqli viski növlərini müəyyən etməyə imkan verir. Komanda süni dil ilə 3 fərqli viski seçdi. Cihaz, viskilər arasındakı dad fərqini 99% dəqiqliklə tapa bildi. Belə ki, istifadə olunan viskilər 12, 15 və 18 illik içkilər olub. Yalançı alkoqolun aşkarlanması üçün süni dildə aparılan tədqiqatlar bir tərəfdən davam etsə də, bu cihazın fərqli istifadə sahələri də ola bilər.
Cihaz bundan əlavə fərqli ərzaqların keyfiyyətini ölçmə xüsusiyyətini də gələcək də müəyyən edə biləcək. Bundan əlavə cihaz qida təhlükəsizliyi sınağında, keyfiyyətə nəzarətdə və ya portativ və təkrar istifadə edilə bilən dad müəyyən etmə metodunun faydalı olacağı hər hansı bir sahədə istifadə edilə bilər.
Qeyd edək ki, tədqiqat, mühəndislər və kimyaçılar tərəfindən Qlazqo və Strathclyde universitetlərində aparılmışdır. Komandaya Leverhulme Trust, Mühəndislik və Fizika Elmləri Araşdırma Şurası və Biotexnologiya və Biologiya Elmləri Araşdırma Şurası tərəfindən də maliyyə dəstəyi verildi.
Sevinc Baba-zadə