Apple, iPhone batareyalarını dəyişdirməyi qadağan edir

  • 09 Avqust 2019

Apple rəsmi xidmətlər xaricində iPhone batareyasının dəyişdirilməsini qadağan edir. İllərdir istifadəçilərin böyük bir hissəsi Apple-ın yüksək qiymətləri səbəbi ilə xüsusi xidmətlərdə iPhone batareyalarını başqa servislərdə dəyişdirərkən, artıq təsdiqləmə açarı olmayan batareyalardan istifadə edildikdə cihaz bir xəbərdarlıq edəcək. Əlbətdə ki, bu tətbiqetmə hazırda sınaq mərhələsindədir.

Chip.az xəbər verir ki, İFixit tərəfindən aşkar edilən bu xəbərdarlıq iOS 12 iOS 13 Beta istifadə iPhone XR, XSXS Max-da görüldü. Öz iPhone batareyanızı digər servislərdə dəyişdirirsinizsə  belə bir xəbərdarlıq görünür;

''Bu batareyanın əsl Apple batareyası olduğunu təsdiq edə bilmirik. Bu batareya üçün heç bir sağlamlıq məlumatı yoxdur.'' Bu mesaj ümumiyyətlə batareyada problem olduqda və ya dəyişdirilməli olduqda görünür. 

 

Son illərdə orijinal batareyası olmayan iPhone-lar üçün zəmanət qüvvədən düşmüşdü, lakin bu xəbərdarlıq ikinci əl satışlarında xüsusilə vacib olacaq.

iFixit, məsələ ilə bağlı iddialı açıqlama edib. Yeni batareya mesajının ''istifadəçinin düşməni'' olaraq xarakterizə edən iFixit, belə xəbərdarlıqların istifadəçilərin telefon üzərindəki hüquqlarına mane olduğunu izah etdi.

Nigar Həsənova

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır