AZCLOUD Hackathon 2019 - da iştirak edəcək komandaların adları bu gün açıqlanacaq

  • 08 Avqust 2019
  • 39

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı, “R.I.S.K Company”, “HPE Azerbaijan” “Azercell Telekom”, “TrendMicro”, “Bestcomp Group” “Juniper” şirkətlərinin sponsorluğu və “Cisco” şirkətinin eksklüziv tərəfdaşlığı ilə “AZCLOUD Hackathon 2019” müsabiqəsi keçirilir.

 

Bu müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Yarışmada iştirak bir çox mütəxəssislərə özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də investor və şirkətlərə istedadlı gəncləri öz komandalarına cəlb etmək imkanı yaradır. Qalib komanda üçün mükafat 10 000 AZN nəzərdə tutulub.

 

Qeydiyyat yarışmanın veb səhifəsində (www.h.azcloud.az) cari ilin 1 iyul tarixində başlanıb və 31 iyul tarixində başa çatıb. Bütövlükdə bu ay ərzində 59 komanda daxilində 240 iştirakçı öz namizədliyini irəli sürüb. Onlardan tapşırığı düzgün yerinə yetirən və qeydiyyat mərhələsində tələb olunan məlumatları tam şəkildə təqdim edən ilk 20 komanda yarışda iştirak üçün vəsiqə qazanacaq.

 

Yarışda iştirak edəcək komandaların adları avqustun 8-də yarışmanın rəsmi veb səhifəsi, sosial şəbəkədəki səhifələri və media vasitəsilə ictimaiyyətə təqdim olunacaq.

 

Qeyd edək ki, bu il “AZCLOUD Hackathon 2019” Avropanın ən böyük idman arenalarından biri olan, 68 700 tamaşaçı tutumlu və UEFA, FİFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda keçiriləcək. Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsi məqsədilə hər komanda üçün otaq (SkyBox) ayrılacaq və yarışma ərzində komandalar qida ilə təmin olunacaqlar.

 

Layihəyə dəstək olmaq və ən son məlumatları əldə etmək istəyənlər müvafiq elektron resurslarda yerləşdirilən məlumatları izləyə və paylaşa bilərlər:

 

Veb səhifə: https://h.azcloud.az/

Telegram community: https://t.me/H_Azcloud_Comm

Facebook: https://www.facebook.com/h.azcloud/

Facebook event: https://www.facebook.com/events/321974052068942/

YouTube: https://www.youtube.com/watch?v=3G5dFRAMBbM

Instagram: https://www.instagram.com/h.azcloud/

Telegram: https://t.me/h_Azclou

 

Chip.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Fotoları 3D ölçülü rəngli holoqrafik əks etdirən ekran dizayn edildi

Chip.az bildirir ki, Koreya İrəli Elm və Texnologiya İnstitutundan olan bir qrup holoqrafik görüntüləri telefondan əks etdirmək üçün bir ekran hazırladıqlarını q

Dünyada ən çox izlənilən 10 YouTube kanal

Chip.az xəbər verir ki, sosial media statistikalarını və təhlilini aparan xüsusilə də “YouTube”u izləyən “Social Blade” şəbəkəsi “YouTube” kanalların

İnnovasiyalar Agentliyinə rəhbər təyin olundu

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Hey

YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 1-ci iclası keçirilib

İclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklər

Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir!

“Robokiper” cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel 2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konf