Alibaba elektron nikah şəhadətnaməsi təqdim edir

  • 08 Avqust 2019
  • 50

İnsanlar evləndikdə aldıqları rəsmi sənəd olan nikah şəhadətnaməsinin yanlarında olması bəzi məqamlarda vacib olur.

Chip.az bildirir ki, Çinin ən məşhur ödəniş platforması olan Alipay istifadəçiləri vacib sənədlərini özləri ilə daşımaq məcburiyyətində deyil. Alipay vasitəsi ilə elektron sənəd əldə edən istifadəçilər bu sənədlərdən orijinal kimi istifadə edə bilərlər. İndi əldə edilə bilən sənədlərə nikah şəhadətnaməsi əlavə edildi.

 

Alibaba Group-un alt markası olan Alipay, mobil vasitəsi ilə onlayn ödənişləri həyata keçirən bir təşkilatdır. Alipay, yeni imkanları ilə istifadəşilərinin işini daha da asanlaşdırır. Belə ki, Çində əmlak əməliyyatlarında, uşağın məktəbə qeydiyyatında, kredit çəkərkən evlilik vəsiqəsinə ehtiyyac olur ki, Alipay sayəsində vəsiqəni telefonunuzda gəzdirə biləcəksiniz.

Bu rəsmi rəsmi elektron nikah şəhadətnaməsi artıq Şərqi Çinin Fujian, Jiangxi, Jiangsu və Zhejiang şəhərlərində və Çinin Cənub-Qərbi Çongqing Bələdiyyəsi daxilində istifadəyə verilib.

Qeyd edək ki, uzun müddətdir yerli hökumətlərlə əməkdaşlıq edən Alipay, istifadəçilərinə elektron sənəd şəklində 90-dan çox vacib sənəd təqdim edə bilir. Bura sürücülük vəsiqəsi, tələbə vəsiqəsi və sosial təminat kartı daxildir.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

The Alita Battle Angel-in Super Bowl fraqmenti yayımlandı

Chip.az bildirir ki, film 2 həftədən az müddətdə ekranlarda yayımlanacaq. 40 saniyəlik Super Bowl fraqmentini sizə təqdim edirik.