Game of Thrones-un yaradıcıları Netflix ilə əməkdaşlıq edəcək

  • 08 Avqust 2019

''Game of Thrones'' serialının yaradıcıları David Benioff və D.B. Weiss bir çox studiya arasından Netflix-i seçərək müqavilə bağlayıb.

Chip.az xəbər verir ki, ''Game of Thrones'' serialı hər nə qədər xəyal qırıqlığı ilə bitsə də, adını yaddaşlara salmağı bacararaq, böyük bir uğur qazanıb. Bu nailiyyəti David Benioff və D.B əldə edib. Serialın ssenarisini yazan ikili, HBO-dan ayrıldıqlarını açıqlamışdı.

İkilinin HBO-dan ayrıldığı andan etibarən studiyalar arasında rəqabət artmışdı.Nəhayət, ən yaxşı təklik irəli sürən Netflix oldu.

Netflix-in rəsmi razılığına əsasən, onlar  yayım platforması üçün yeni filmlər və seriallar yazacaq, və istehsal edəcək. Razılaşmanın təfərrüatları barədə çox məlumat olmasa da, şirkətə yaxın mənbələr Netflix-in bu sövdələşmədə 100 milyon dollardan çox pul ödəməyə razı olduğunu söyləyib.

Netflix-dən əlavə, HBO / Warner Media, Disney, Comcast, Amazon Apple kimi şirkətlər də onlarla işləməyi təklif etmişdilər.

Weiss və Benioff illərdir çalışdıqları HBO-ya minnətdarlıqlarını bildirib, Netflix-ə onlara bu təklifi etdikləri üçün qürur duyduqlarını bildirdilər. Netflix, ikilinin illərdir platformalarında müzakirə ediləcək işlər istehsal edəcəyini gözləyir.

Nigar Həsənova

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır