Dünyanın ən məşhur ani mesajlaşma tətbiqi olan WhatsApp, İnstaqramın məşhur "Boomerang" xüsusiyyəti ilə gəlir. Bu sayədə istifadəçilər ekrana aldıqları qısa videolarını Boomerang - sürətləndirilmiş və təkrarlanan kadr formasında qarşı tərəfə göndərə biləcəklər.
Chip.az bildirir ki, İnstaqram-ın Boomerang özəlliyi WhatsApp-a gəlir. Boomerang xüsusiyyətinin hazırda WhatsApp istifadəçiləri tərəfindən nə zaman istifadə edildiyi isə hələ bilinmir.
Həm WhatsApp, həm də İnstagram müstəqil şirkət kimi quruldu və daha sonra Facebook tərəfindən öz tərkibinə əlavə olundu. Hal-hazırda sınaqdan keçirilən xüsusiyyət istifadəyə verildikdə hər iki platformanın ortaq bir xüsusiyyəti olacaqdır.
WhatsApp-ın bu xüsusiyyəti ortalama 7 saniyəlik videolarda istifadə edilə bilər və həm insanlara göndərilə, həm də status kimi paylaşıla bilər. Hələ sınaq mərhələsində olan xüsusiyyətin öncə iOS, sonra isə Android platforması üçün istifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, WhatsApp-ın Bumeranq xüsusiyyətinin istifadəçilər tərəfindən nə zaman istifadə ediləcəyi hələ məlum deyil.
Sevinc Baba-zadə