Disney+ üçün klassik filmlər yenidən ekranlaşdırılacaq

  • 07 Avqust 2019

Disney, klassik filmlərinin Disney + -də yayımlanması üçün yenidən çəkiləcəyini açıqladı. Yenilənmiş filmlərə ''Evdə tək'', ''Muzeydə bir gecə'' və ''Diary of the Wimpy Kid '' daxildir.

Chip.az xəbər verir ki, şirkətin rəhbəri Bob İger, ''səhmdarlara və investorlara önümüzdəki dövrlərdə nə edəcəklərini söylədi və noyabr ayında istifadəyə veriləcək platforma üçün bəzi markaların yenidən təsəvvür ediləcəyini'' söyləyib. Beləliklə bəzi seriallar yenidən çəkiləcək.

Yenidən çəkiləcəyi deyilən ilk üç seriya: ''Evdə tək'', ''Muzeydə bir gecə'' və ''Diary of a Wimpy Kid'' filmləridir. Bu  filmlər yeni nəslə uyğun olaraq yenidən çəkiləcək və bu daha geniş auditoriyaya çatacaq.

Yeni yayım platforması, D23 Expo 2019-un böyük ehtimalla əsas mövzu olacaq.

Disney +  platformasında  Star Wars Marvel istehsalları da nümayiş etdiriləcək. Şirkət öz platformasında uğur qazanmaq üçün əlində olan bütün imkanlardan istifadə edir.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər