Apple, iOS 13 ilə WhatsApp kimi proqramları məhdudlaşdırır

  • 07 Avqust 2019

İOS 13 ilə birlikdə Apple cihazlarında edilən dəyişiklik, VoIP tətbiqləri tərəfindən toplanan məlumatları məhdudlaşdırır. 

Chip.az xəbər verir ki, Apple, WhatsApp, Facebook Messenger kimi tətbiqlərin istifadə etdiyi VoIP sistemini məhdudlaşdıracaq. VoIP (Səs üzərindən İnternet Protokolu), internet üzərindən edilən zənglər və whatsApp, Facebook Messenger kimi tətbiqlərdən etdiyiniz zənglər arxa planda dinlənilir. Bu o deməkdir ki, bu tətbiqləri bağlasanız belə, onlar arxa planda açıq qalır və məlumatlarınızı toplaya bilirlər.

Bu vəziyyətin öhdəsindən gəlmək üçün Apple, iOS 13-də VoIP tətbiqlərinin arxa fonda işləmələrini məhdudlaşdıraraq bu cür məlumat toplama hadisələrini ləğv etməyi planlaşdırır. İndi WhatsApp və Facebook kimi proqramlar bu xidmətlərdən yalnız zəng etmək üçün istifadə edəcək və məlumatları arxa planda toplaya bilməyəcəklər. Bu da tətbiqlərin yenidən dizayn olunmasını tələb edə bilər.

Digər mesajlaşma tətbiqləri internet axtarış sistemini istifadə edərək iOS cihazlarında arxa plana keçə bilirdi. İndi iOS 13-ün etdiyi dəyişikliklərlə bu cür tətbiqlərin tamamilə yenidən işlənməsi tələb oluna bilər. 

Apple, bu dəyişikliyin istifadəçi məlumatlarının təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracağını və cihazların performansında bir az artım meydana gətirəcəyini söylədi. Bundan əlavə, fon proqramlarının istifadəsinin məhdudlaşdırılması batareyanın ömrünü artıracaqdır.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər