İnternetdə video və foto paylaşma platforması olan İnstagram-a yeni xüsusiyyətlər gəlir. İnstagram-ın kəşf səhifəsi artıq fərqli bir dizayna sahib olacaq və istifadəçilər görmək istəmədikləri yazılara münasibət bildirə biləcəklər.
Chip.az xəbər verir ki, dünyanın ən populyar sosial media platformalarından biri olan Instagram yeni xüsusiyyətlər əlavə etməyə davam edir.
İnstagram-ın yeni xüsusiyyətlərini ictimaiyyətlə bölüşən Jane Manchun Wong, Instagram-ın yeni xüsusiyyətlərinin platformanın "kəşf et" səhifəsi ilə əlaqəli olduğunu söylədi. Wong, İnstagram-ın yeni xüsusiyyətləri ilə istifadəçilərin niyə bəyənmədikləri barədə rəy verə biləcəyini söylədi. Bu Wong'un bildirdiyi yeganə yenilik deyil.
Wong, İnstagram-ın kəşf hissəsində açılan səhifələrin dizaynını dəyişdirəcəyini söyləyib. İnstagram-ın kəşf et bölməsində bir posta daxil olduqda bir menyu açılır və lazım olan işlər aparılır. Bununla birlikdə, yeni xüsusiyyətin tətbiqi ilə istifadəçilər nişanları daha sadə bir şəkildə görəcəklər və bu nişanları istifadə edə və ya başqasına mesaj göndərə biləcəklər.
Wong, bu xüsusiyyətin necə görünəcəyini paylaşıb:

Bu yeni funksiyaların nə zaman istifadəyə veriləcəyi hələ məlum deyil. Yeniliyin inkişafı artıq başa çatmaq üzrədir və bu o deməkdir ki, qısa müddətdən sonra yeni funksiyalar bütün istifadəçilər tərəfindən istifadə ediləcək.
Nigar Həsənova