Şəxsiyyət vəsiqələrində barmaq izi də yer alacaq

  • 06 Avqust 2019

Belçikada şəxsiyyət vəsiqələrində barmaq iziniyer aldığı hissə olacaq. Belə ki, Belçikada 2020-ci ildən etibarən şəxsiyyət vəsiqələrində barmaq izinin olması məcburi hala gətiriləcək.

Chip.az Het Nieuwsblad qəzetinin verdiyi məlumata istinad edərək bildirir ki, tətbiq saxta sənədlərin istifadəsinin qarşısını almaq məqsədi daşıyır.

Hökumət rəsmilərinin qəbul etdiyi qərarın 10 il ərzində həyata keçiriləcəyi bildirilib və layihə 2020-ci ildən start götürəcək.

Qeyd edək ki, sözügedən tətbiqin test mərhələsinə aprel ayında başlanılması gözlənilirdi, ancaq ölkədə hökumətin vəzifəsinin başa çatması ilə əlaqədar qərar təxirə salınmışdı.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər