İnternet istifadəçilərinin sayı artır (rəsmi statistika)

  • 06 Avqust 2019
  • 74

Statista onlayn statistika portalında yayımlanan hesabatlardan alınan məlumatlara görə, dünyada internet istifadəçilərinin sayı artmaqda davam edir.

 

Chip.az bildirir ki, dünya əhalisinin 56 faizi internetdən istifadə edir. Onlayn statistika portalı Statista-da yer alan məlumatlara görə, bu ilin iyul ayının məlumatına görə, internet istifadəsi 56 faizə yüksələrək 4,33 milyard insana çatdı.

 

Bu ilin iyul ayına olan məlumata görə, dünyada internet istifadəsi 56 faiz artaraq 4,33 milyard insana çatdı. Şərqi Asiya bölgəsi 1 milyard internet istifadəçisi ilə ilk sırada, Şərqi Asiya bölgəsi isə 803 milyon ilə Cənubi Asiya növbəti sırada yer alır.

Bütün dünyada Çin internet istifadəçisi sayına görə 829 milyonla birincidir. Ondan sonra Hindistan (560 milyon) və ABŞ (292) gəlir.

Ən sürətli internet isə Sinqapur (195.88 Mbps), Honq-Konq (173,54 Mbps) və Cənubi Koreyada (144,99 Mbps) sayılır.

İnternetdə ən çox istifadə edilən dil 25,2 faizlə ingiliscə, 19,3 faizlə çincə və 7,9 faizlə ispancadır.

Dünyanın ən məşhur mesajlaşma tətbiqi 1,6 milyard aylıq aktiv istifadəçi sayına görə Whatsapp, ondan sonra 1,3 milyardla Facebook Messenger gəlir. Ümumiyyətlə isə Facebook 2,4 milyard aylıq aktiv istifadəçisi ilə ən böyük ictimai şəbəkə sayılır.

 

Elon Musk bütün dünya əhalisini onlayn etməyi hədəfləyir.

 

Demək olar ki, dünyanın digər yarısının hələ də internetə qoşula bilməməsi iri sahibkarların iştahını artırır.

SpaceX baş meneceri (CEO) Elon Musk, davam etdiyi Starlik layihəsi ilə dünyanı peyk və internetə bağlamaq istəyir. Layihə çərçivəsində son aylarda 60 peyk kosmosa göndərildi və cəmi 12 min peykin kosmosa göndərilməsi planlaşdırılır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) yayımladığı Davamlı İnkişaf üçün 2030 Gündəliyinə görə, hər yetkin 2030-cu ilə qədər rəqəmsal şəbəkələrə, rəqəmsal maliyyə və səhiyyə xidmətlərinə çıxış əldə edəcəkdir.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

İnternetlə qoxu ötürən qurğu yaradılıb

Bunun üçün eksperiment iştirakçılarının burnuna “elektron iyləri” beyinə ötürməyə imkan verən elektrodlar quraşdırılıb.

 Eksperimentdə 31 n

5G, 2024-cü ildə 1,5 milyon insan tərəfindən istifadə olunacaq

Telekommunikasiya şirkəti  Ericsson-un çərşənbə axşamı yayımlanan  son hesabatlarına görə, 5G texnologiyasından  2024-cü ildə 1,5

Evlilik üzüklərinin neytron toqquşması ilə bağlılığı

Zövqə görə müxtəlif qiymətli metallardan hazırlanan üzüklərdən istifadə olunur. Bu üzüklərin hazırlanmasında istifadə edilən qiymətli metallar yer altından çıxarıls

eBay kriptovalyutaları qəbul edə bilər

Chip.az xəbər verir ki, bu xəbər mayın 12-dən başlayaraq kütləvi informasiya vasitələrində müzakirə edilir. Buna əsas səbəb Nyu-Yorkda keçirilən “Con

Sofie 2.0 smart saatlarının özəllikləri açıqlandı

Funksiyaları ilə yanaşı dizaynı ilə də diqqət çəkən saatlardan biri Fossil şirkəti tərəfindən istehsal edilən Sofie 2.0-dır.