Yaponiyada uçan avtomobil test edilib

  • 06 Avqust 2019
  • 46

Hazırki texnologiyada uçan nəqliyyat vasitələri artıq təxəyyül deyil. İlk cəhdini keçən həftə müvəffəqiyyətlə həyata keçirən NEC şirkətinin uçan aparatı yerdən 3 metr yüksəkliyə qalxa bildi və bu görüntülər qeyd edildi.

Chip.az xəbər verir ki, NEC texnologiya şirkəti "Gələcəyə Qayıt" filmindən xatırladığımız uçan avtomobil konsepsiyası üzərində işləyir. Bu gün uçan avtomobilin prototipi Yaponiyada təxminən bir dəqiqə sınaqdan keçirildi. Avtomobil sınaq dövründə yerdən 3 metr yüksəklikdə havada qalıb.

Tokioda fəaliyyət göstərən qlobal texnologiya şirkəti olan NEC tərəfindən istehsal olunan ilk prototip adi avtomobildən daha çox təyyarəyə bənzəyir. Onun yerdən qalxması üçün 4 pervanesi var.

Avtomobil, şirkətin Tokiodakı obyektində sərnişin olmadan yerdən təxminən 3 metr yuxarı qalxaraq  görüntüləri YouTube-da paylaşıldı. 

Bu yeni texnologiya hələ də batareyalar və təhlükəsizlik baxımından bir sıra problemlərə sahibdir, lakin bu nəqliyyat vasitələrində olan "elektrik şaquli uçuş və enmə" texnologiyasının helikopterlərə nisbətən daha ucuz, daha sakit və daha əlçatan olması nəqliyyat vasitələrinin gələcəyi üçün faydalıdır. Vasitənin yük daşınması və ya əyləncə üçün səyahətdə istifadə edilə biləcəyi də ehtimal edilir.

https://www.youtube.com/watch?time_continue=1&v=GBz_rk6yFTU

Şirkət rəsmisi Ishiguro-nun sözlərinə görə, yüklərin paylanması 2023-cü ildə başlayacaq və uçan nəqliyyat vasitələri 2030-cu illərdə gündəlik səyahət məqsədi ilə istifadə ediləcək. Uçan avtomobil nəqliyyat vasitələrinin istifadəsinin önümüzdəki illərdə həyata necə təsir göstərəcəyi hələ məlum deyil, lakin şirkətin dediyi kimi bu inqilabi bir yeniliyin başlanğıcı ola bilər.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Sudakı bakteriyaları məhv edəcək yeni üsul tapıldı

İçməli suyun istehsalı çox mürəkkəb bir prosesdir. Su qaynağında bakteriyaları məhv etmək heç də asan deyil. Suyu təmizləmək üçün istifadə olunan üsullar bahalı və ətraf

2020 Paralimpiya və Olimpiyada medalları köhnə elektron cihazlardan hazırlanacaq

Chip.az bildriri ki, Tokioda keçiriləcək 2020 Olimpiya və Paralimpiya oyunlarında qızıl, gümüş və bürünc medalların materialları tam fərqli şəkildə əldə edil

Bakıda yerləşən Uşaq evlərinin sakinləri “Bakutel-2018” sərgisinə ekskursiya edib

Bakı şəhərində yerləşən 2 və 3 saylı Uşaq evlərindən 60-dan çox uşaq  “Bakutel-2018”-in pavilyon və stendləri ilə tanış olublar. Uşaqlar Nəqliyyat, Rabitə və Yüksək

Google - nin fəaliyyətində nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində Amerikanın “Google” axtarış sisteminin işində problemlər müşahidə olunub.

İnsider.az xəbər veri

Oneplus 6 üçün Android 9 Pie dərc olunub!

Nəhayət, beta prosesi başa çatdı və cihaz təzələməni alan ilk ağıllı telefonlardan biri oldu. Oneplusın mümkün problemlərə qarşı təzələməyi mərhələli şəkildə nəşr