3D printerdə ürək istehsal olunub

  • 05 Avqust 2019
  • 56

Əsl insan toxuması və damarından istifadə edən İsrail alimləri ilk dəfə üç ölçülü printerdə ürək istehsal etdilər. Tədqiqatçılar bu inkişafın orqan nəqli və tibbi dünyadakı böyük bir uğur olduğunu düşünürlər ki, bu da xəstələrin ürəklərinə toxuma köçürməsini təmin edə bilər.

Chip.az xəbər verir ki, Tel-Aviv Universitetində görülən işlərdən danışan layihənin rəhbəri Doktor Tal Dvir, istehsal olunan ürəyin hüceyrələri və qan damarları olan bütöv bir orqan olduğunu vurğuladı.

Mediya ilə paylaşılan süni orqanın ölçüsü bir dovşanın ürəyinə yaxındır. Alimlər deyirlər ki, süni orqan həqiqi ürəklər kimi böyüyə və genişlənə bilər, ancaq qan dövr edə bilməz.

Tədqiqatçılar üç ölçülü printerlə istehsal olunan ürəyin hələ tam işləməsi və xəstələrə ötürülməsi üçün uzun bir yol keçdiyini söyləyirlər. 

Doktor Tal Dvir, üç ölçülü printer məhsulunun ürəklərini bir il ərzində heyvanlara ötürmək istədiklərini açıqladı. Dvir bildirir ki, ''Bəlkə də 10 ildən sonra dünyanın əksər xəstəxanalarında bu orqanlardan olacaq və belə prosedurlar adi hala gələcək''. Eyni zamanda Dvir xəstəxanaların əvvəlcə ürəkdən daha az mürəkkəb olan digər orqanlara üstünlük verəcəyini düşündüyünü söyləyib.

Tal Dvir süni ürəyin xəstələrdən toxuma alaraq istehsal edilməsinin lazım olduğunu və xəstənin immunitet sisteminə uyğunlaşmasının vacib olduğunu da vurğulayıb.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Apple Google-ni əzib keçdi

Android əməliyyat sistemi smartfon bazarında 85?zar payına malik olmasına baxmayaraq App Storenin Play Storedən daha üstün mövqeyə sahib olduğunu söyləyə bilərik.

Şirkətlərə qarşı həyata keçirilmiş kiberhücumların sayı 55% yüksəlib

Chip.az xarici mediya  istinadən yazır ki, ekspertlərin sözlərinə görə, pul tələb edən virusların aktivliyi xeyli yüksəlib. Qeyd edək ki, istifad

Smartfon asılığlığı olanları dirəklərdən qorumaq üçün jiletlərdən istifadə ediləcək

İstər işlə bağlı olsun istərsə də əyləncə məqsədli, telefonlardan bu cür aılılıq bəzən həmin şəxsin və ya ətrafdakı insanların xəsarət alması ilə yekunlaşa bilir.<

Samsung yeni məhsullarını yalnışlıqla nümayiş etdi

Fevral ayının 20-də Cənubi Koreya şirkəti Samsung San-Fransiskoda baş tutacaq təqdimatında bir çox məhsullarını nümayiş etdirəcək. Ancaq tədbirə 5 gün qalmı

Fransa stasionar telefonlardan birdəfəlik imtina edir

Fransanın telefon rabitəsi operatoru “Orange” 2018-ci il noyabrın 15-dən  stasionar telefon rabitəsinə yeni abunəçilərin abunəliyinin dayandırılmasını rəsmən elan edib. P