Sevgiliniz və ya həyat yoldaşınızla film izləyərkən bəzən hansısa problemlər yaranır ki, bu da film və serialı ya birlikdə izləməyinizə əngəl olur, ya da kadrları irəli və ya geri çəkməli olursunuz. Netflix bu problemi tərəflər arasında bağlanacaq bir müqavilə ilə əyləncəli bir şəkildə həll etmək qərarına gəldi.
Chip.az bildirir ki, Netflix partnyorlara izləmə razılaşması təqdim etdi. Müqavilə əslində olduqca sadədir. Cütlərin ortaq bir şey izlərkən şikayət etdikləri problemlər hədəf alınıb.

Siyahıdakı şərtlər bunlardır:
- Yatmayacağam
- Telefonda oynadığına görə qaçırdığı kadrları izləmək üçün qarşı tərəfdən geriyə çəkməsini tələb etməyəcəyəm.
- Partnyorum olmadan serialı izləməyəcəyəm.
- Nəyəsə baxarkən danışmayacağam.
- Spoilerin məlumat verəcəyimi hiss etdiyim anda bunu qarşı tərəflə paylaşmayacağam.
Netflix, müqavilənin şahidi kimi özünü qeyd edib. Əlbəttə ki, bu əyləncəli müqavilə, müqavilənin şərtlərinə əməl edilmədiyi təqdirdə cütlər arasında təyin ediləcək bir cəza ilə daha da xoş hal alacaq.
Siz olsaz Netflix-in bu müqaviləsinə hansı bəndlər əlavə edərdiniz? Bəs qaydaları pozan şəxsə nə cəza verərdiniz? Fikir və düşüncələrinizi şərh bölümündə bizimlə bölüşə bilərsiniz.
Sevinc Baba-zadə