Uşaqlara neçə yaşından smartfon alınmalıdır?

  • 05 Avqust 2019
  • 61

Az yaşlı uşaqlar rəqəmsal dünyanın bir hissəsi olmaq istəyirlər. Mütəxəssislər, valideynlərin bu mövzuda riayət etməli olduğu qızıl qaydaların olduğunu vurğulayır.

Ağıllı telefon və planşetlərdən istifadə yaşı artıq enir. Bir çox valideyn, az yaşlı uşaqlarının rəqəmsal dünyanın bir hissəsi olmaq istəyi ilə nə edəcəyini bilmir.

 

Bir uşağa bir smartfon və ya tablet kompüteri almaq üçün ən uyğun yaş hansıdır? Ağıllı telefon alarkən hansı meyarlara diqqət yetirmək lazımdır? Uşaqları rəqəmsal dünyanın təhlükələrindən necə qorumaq olar?

 

Valideynlər, bu suallara cavab axtararaq, uşaqların erkən yaşlarından başlayaraq ağıllı telefona sahib olmalı olduqlarının və bunun nə vaxt reallaşdırılacağını bilmək istəyirlər.

Chip.az bu istiqamətdə aparılan araşdırmlaraın nəticələrinə əsasən mütəxəssislərin məsləhətlərini sizə təqdim edir:

Məktəbə getməyə başlayan uşaq telefondan istifadə edə bilərmi?

"Uşaqların da rəqəmsal istifadə hüququ var" deyən Alman İnformasiya İqtisadiyyatı, Telekommunikasiya və Yeni Media Dərnəyinin (BITKOM) prezidenti Achim Berg-in sözlərinə görə, ibtidai sinif şagirdləri də ağıllı telefonlardan istifadə etməlidirlər. Ancaq bir çox mütəxəssis, xüsusən Federal Ailə Nazirliyi, ibtidai sinif uşaqları üçün ağıllı telefon almağı məqsədəuyğun hesab etmir.

Niyə 11 yaşından kiçik uşaqlara mobil telefon alınmamalıdır?

Alman Ailə Nazirliyinin mütəxəssisləri 11 yaşına çatmamış uşaqların ağıllı telefon tətbiqlərini məqsədli və düşünərək idarə edə bilmədiklərini qeyd edirlər.

 

Mütəxəssislər, valideynlərin uşaqları qorumaq üçün məsuliyyət daşıdıqlarını vurğulayır və az yaşlı uşaqların internetdə və virtual aləmdə üzləşə biləcək təhlükə və təhdidlərdən qorunmaları barədə xəbərdarlıq edir.

Telefondan istifadə uşaqlara qadağa edilməlimi?

Mütəxəssislərin bu suala verdiyi cavab aydındır: Xeyr qadağan edilməməlidir. Valideynlərin uşaqlarına öz smartfon və ya planşetlərindən istifadə etmələrinə icazə verə biləcəyi vurğulanır, ancaq bu istifadəyə bir müddət təyin etmək və böyüklər tərəfindən istifadəyə nəzarət etmək vacibdir. Valideynlər də bu məsələdə övladları ilə razılaşmalı və razılaşdırılmış prinsiplərə əməl olunmasını təmin etməlidirlər.

İbtidai sinifdə oxuyan bir uşağın gündə 30 dəqiqədən çox bir smartfon və ya tablet istifadə etməsinə icazə verilməməsi də vurğulananlar sırasındadır.

Uşaqların telefondan istifadəetmə təkidləri qarşısında nə etməli? 

Mütəxəssislər, "Amma dostumun var" deyərək ailələrə etdiyi təklif qarşısında bir çox uşağın ağıllı telefonun alınmasına etdiyi israra verdiyi tövsiyyə isə belədir: Ağıllı telefonun istifadəsi yaşına uyğun olmadığı israrla uşağa izah edilməlidir. Bunu edərkən valideynlər uşaqlarına məhdud müddət öz telefonlarından istifadə edə biləcəklərini söyləməlidirlər. Uşağının şüurlu bir smartfon istifadəçisi olmasını istəyən valideynlər özlərinin bir model olduğunu unutmamalı və telefonlarını bir kənara qoymağı bacarmalıdırlar.

Ailələrə sadə telefonlardan istifadə etmə məsləhəti

Bir çox ailə, uşaqları ilə əlaqə yaratmaq istədiklərini bildirirlər.Bunun üçün mütəxəssislər, internet bağlantısı, ağıllı olmayan telefonlarının kifayət olduğunu və bu model telefonları satın ala biləcəklərini söyləyirlər.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Mövzusu hazırda bəlli olmayan növbəti Marvel filmi ekranlaşdırılacaq

Chip.az bildirir ki, Avstraliyanın İncəsənət və Əlaqə naziri Mitch Fifield və New South Wales İncəsənət naziri Don Harwin

Fortnite Fanları, Mövsüm 6da sirli dünya sizi gözləyir!

İlk baxışda Brite Bomber yalnız bənövşəyi sırğa toxunur kimi görünsə də, bəzi diqqətli adamlar küpdə yaranan əks olunmada qəhrəmanımızın şeytanı bir versiyanın göründ

Resident Evil 2: Remake oyununu cəmi 28% oyunçu qalib olaraq bitirib

Chip.az bildirir ki, 25 yanvar tarixində yayımlanacaq Resident Evil 2: Remake oyununun demo versiyası bu yaxınlarda oyunçuların öhdəsinə verilib. Anca

Cara Delevigne ve Orlando Bloomun Yer aldığı Carnival Rowun fraqmentləri yayımlandı

Senarisi Travis Beacham tərəfindən hazırlanmış Carnival Row 2005-ci ildə Guillermo Del Toro layihəsini başlatmışdı.

Üzüklərin Əfəndisi filminin oyunu hazırlanır

Leyou ortaqlığı ilə yeni bir Üzüklərin Əfəndisi oynunu hazırladığını bildirən Amazon Game Studios, Tolkien fanatlarını daha əvvəl heç görmədikləri torpaqlarla, insan