Files by Google-dən böyük uğur

  • 05 Avqust 2019

Google Files 100 milyon istifadəçiyə çatır ...

Chip.az xəbər verir ki,  telefonunuzun yaddaşını idarə etməyə və lazımsız məlumatlardan yaxa qurtarmağa kömək edən Google-ın Files Go tətbiqi az yaddaşlı telefonları olan istifadəçilərə yönəlmiş bir layihəyə  başlamışdı. Bununla cihazlarındakı yaddaşın necə istifadə olunduğunu və asan idarə olunmasını istəyən hər kəsə kömək edə bilirdi. Bu səbəbdən proqram məşhurlaşmışdı. Google hətta Go markasını tətbiqdən çıxararaq adını Files by Google olaraq dəyişdirmişdi.

İndi Mountain View nəhəngi ayda 100 milyon istifadəçiyə çatan Files tətbiqetməsini qeyd edir. Google bildirir ki, dünyada istifadəçilər saniyədə orta hesabla 8GB lazımsız sənədlərdən xilas olurlar. Bundan əlavə, bu həddin keçməsi ilə bəzi təkmilləşdirmələr tətbiqə gətirilir.

Bunlardan birincisi, əlbəttə ki, növbəti Android versiyasının təsiri ilə gələn qaranlıq temadır.

İkincisi isə tətbiqin içərisində sadə bir musiqi pleyeridir. Bu pleyer ilə audio faylları aça və faylları  geriyə və ya irəli getmək kimi variantlara nəzarət edə bilərsiniz. Eyni zamanda bu musiqi arxa planda da davam edə bilər. Bu funksiya tam mükəmməl olmasa da, bəzi istifadəçilərin ayrı bir musiqi pleyerinə ehtiyac duymadıqlarını təmin edən bəzi əsas xüsusiyyətlərə malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər