Hazırda İnstaqram-da GIF-lər paylaşmaq mümkündür. Videolardan daha az məlumat verən, lakin xoş vaxt keçirməyinizə imkan yaradan GIF-ləri tətbiqetmədən birbaşa İnstagram-a yükləmək mümkün deyil.
Chip.az xəbər verir ki, videoları GIF formatına çevirən tətbiqindən istifadə edərək iPhone və Android cihazlarından GIF-ləri İnstagram-a yükləmək mümkündür.
GIPHY Cam tətbiqini tətbiq mağazanızdan yükləyin:
1.GIF olaraq paylaşmaq istədiyiniz videonun telefonunuzda olduğundan əmin olun.
2.GIPHY CAM-ı açın və ekranın sol tərəfindəki kiçik film roll simvoluna basaraq qalereyanızı açın.
3.GIF etmək üçün istədiyiniz GIF və ya video seçin.
İstədiyiniz filtrləri tətbiq edin. Filtrləri bir-bir tətbiq etməlisiniz. Bitirdikdə Next düyməsini vurun.
Aşağıdakı İnstagram düyməsini basın. Axında və ya hekayənizdə paylaşmağı seçin.
Nigar Həsənova