Android-ə həyat xilas edəcək xüsusiyyət gəlir

  • 02 Avqust 2019
  • 51

Google təcili hallarda istifadə edilən yeni bir xüsusiyyət inkişaf etdirib. 

Chip.az xəbər verir ki, Google-nın inkişaf etdirdiyi bu xüsusiyyətlə səhiyyə, yanğınsöndürmə, ya da polis dəstəyi tələb edən hər hansı bir vəziyyətdə olan şəxslər yalnız tək bir toxunuşla yer məlumatlarını və nəyə ehtiyacları olduğunu bir söz demədən bildirəcək. Təcili vəziyyət çağırışı etməyiniz lazım olduğu zaman  saniyələrin belə böyük bir əhəmiyyəti ola bilər. Bütün bunlarla yanaşı stress səbəbindən düzgün məlumat verməyə bilərsiniz.
 
 Bu səbəblərin hamısını nəzərə alan Google, Android telefonlara yeni bir təcili xidmətlər xüsusiyyəti gətirməyə hazırlaşır. Xüsusiyyət tək bir hərəkətinizlə birlikdə sizin danışmağınıza ehtiyac olmadan lazımi məlumatları təcili yardım briqadalarına verəcək. Bununla da sürətli, və keyfiyyətli ünsiyyət qurulacaq.

Google-nın yeni üsulunun içərisində üç ədəd təcili vəziyyət variantı var. Bunlardan biri sağlamlıq, digəri yanğınsöndürmə, sonuncusu isə  polis çağırışıdır. 

Sistem ilk növbədə qarşı tərəfə avtomatik bir səs yazısı ilə məlumatını verir. Daha sonra insanın məkanını bildirən sistem, nə istədiyini açıq şəkildə dilə gətirir. Yəni mesajın sonunda "Yardım  istəyirəm", "Yanğınsöndürmə istəyirəm", və ya "Polisə ehtiyacım var" kimi ifadələr səslənir.

Bu yeni xüsusiyyət nitq pozğunluğu olan şəxslər üçün də çox faydalı olacaq.

Google təcili xidmətlər üçün inkişaf etdirdiyi bu xüsusiyyəti ilk olaraq Pixel cihazlara gətirəcəyini bildirib. Yaxın aylarda gələcəyi bildirilən xüsusiyyətin Pixel cihazlarından sonra başqa cihazlara da gələcəyi gözlənilir.

Nigar Həsənova

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Kosmosda peyki olan ölkələr - SİYAHI

CHİP.AZ Banco.az saytına istinadən xəbər verir ki, həmin peyk Yerin atmosfer qatlarının sıxlığı, ionosferdə radiosiqnalların çatdırılması sürətini və texniki detalları

Aston Martininin Valhallası Bond filmində istifadə ediləcək

Aston Martinin 1,5 milyon sterlinq dəyərindəki hiper avtomobili Valhallaya yalnız 500 adam sahib ola bilər.

Chip.az xəbər verir ki, bu məhdud sa

Unibankdan krediti onlayn sifariş et, 2% endirim qazan

Krediti “Unibank”a gəlmədən, onlayn sifariş et, 2?ha aşağı faizlə götür! İyunun 30-dək “Unibank”dan nağd kredit götürmək istəyən hər kəs "Onlayn kredit aksiyası

Göz qırparaq zoom edə bilən linza istehsal edildi

Elm insanları kiçik göz hərəkəti ilə idarə edilə bilən robot texnikası linza inkişaf etdirib.
Bu linza göz yummaqla görüntünü yaxınlaşdırıb uzaqlaşdırır.

20000-dən çox oyun kolleksiyası olan gənc adını Guinness Rekordlar kitabına yazdırdı

Chip.az bildiriri ki, Monteiro-nun evinin bir neçə otağını zəbt edən oyunları hesablamaq 8 gün davam edib. 20.000 oyundan ibarət kolleksiyaya daxildir: