Youtube Android sistemli cihazlara canlı yayım imkanı gətirdi

  • 02 Avqust 2019

Youtube 2015-ci ildən bəri təqdim etdiyi xidməti Youtube Oyunlar (Youtube Gaming) tətbiq etməsindən canlı yayım etməyi Android istifadəçilərinə imkan verirdi. Təəssüf ki, Youtube bir ay əvvəl bu dəstəyini ləğv etdiyini bildirmişdi, ancaq standart Youtube mobil tətbiqi üzərindən canlı yayın etmək mümkündür.


Chip.az xəbər verir ki, ötən ay Youtube Youtube Gaming üzərindəki ekran yayımlama xüsusiyyətini götürmüşdü. Artıq bunun bir əhəmiyyəti qalmayıb, çünki XDA Developers tərəfindən yayımlanan xəbərə görə, Android üçün yayımlanan Youtube 14.31.50 yenilənməsi ilə fərqli bir tətbiqetməyə ehtiyac duymadan canlı yayım etmək mümkündür.

Android telefonunuzdan Youtube-də canlı yayım aparmaq üçün;

1.Canlı yayımı başlat
 
2. Ekranın sağ üst yanındakı telefon simvoluna toxunun
 
3.Başlık yaradın, sonra bir gizlilik parametrləri və oyun adı seçin
 
 4.istəyə bağlı: Digər variantları seçin
 
 5.Şərh əlavə edin

6.Yayımı sonrası üçün proqramlaşdırın
 İnkişaf etmiş parametrlərə toxunaraq:
   - Canlı söhbəti aktivləşdirin
 
   -Yayınınız üçün yaş həddini aktivləşdirin
 

   -Pul qazanma xüsusiyyətini aktivləşdirin
 
 7. Kiçik şəkinizi və ekran istiqamətini müəyyən etmək üçün növbətini seçin
 
Həmin şəkil seçdiyiniz oyun adına görə formalaşdırılır. 

Canlı yayım başladı yazısı 3 saniyə ekrandan göründükdən sonra itəcək.

Nigar Həsənova
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır