Twitch yayımçısı Ninja, Mixer-ə keçdiyini bildirdi

  • 02 Avqust 2019

Twitch-in ən məşhur yayımçılarından biri, hətta birincisi olan Ninja, Microsoft-un yayım platforması olan Mixer-ə keçid etdiyini bildirib. Ninja-nın bu qərarının yayımlanmasından sonra Mixer hesabının yayımlanma sayı 120 minə çatıb.

 

Chip.az bildirir ki, Fortnite və Drake-nin də yardımları ilə ötən bir neçə il içərisində ulduzu parlayan Ninja, verdiyi açıqlamada bu addımının səbəbinin köklərinə qayıtmaq olduğunu bildirib. 14,7 milyon izləyicisi olan yayımçı izləyicilərinin də onu izləməyə davam etməsini gözlədiyini bildirir.

Ninja-nın yeni platformadakı ilk yayımı cümə günü baş tutacaq və bu yayımda bəzi izləyicilər pulsuz abunəlik qazanacaqlar.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır