Bu telefon sahibini ovcunun içindən tanıyacaq

  • 01 Avqust 2019

LG-nin yeni telefonunun ən diqqət çəkən xüsusiyyəti barmaq izi və yüz tanıma texnologiyasından deyil ovuc içini tanıyan Hand ID xüsusiyyətinəsahib olmasıdır.

Chip.az bildirir ki, LG G8S ThinQ 6.2 düymlük bir ekran böyüklüyünə malikdir. OLED ekran paneli istifadə olunan cihaz, ekranında iPhone X-lərdə olduğu kimi uzun bir dəlik yer alır.

 Eyni zamanda cihazın ön üzündə bir, arxa üzündə isə üç kamera var.

1080x2248 piksel ekran ölçüsünə sahib LG G8s Thinq, Qualcommun Snapdragon 855 prosessorundan güc alır.

 6 GB RAm ilə təchiz olunan cihaz 128 GB daxili yaddaşa da sahibdir. Yaddaşı 2 TB-a qədər artırmaq mümkündür.

Related image

Üçlü kamera quruluşunun xüsusiyyətləri isə, 12 meqapiksel və f/1.5 diafraqma aydınlığına malik əsas kamera, 13 meqapiksellik geniş sensorlu kamera və 12 meqapiksel f/1.7 diafraqma aydınlığına malik 2x Optik Zoom texnologiyasından istifqadə olunmasıdır.

LG G8s Thinq ön ilə arxa üzündə Qorilla Glass 5 texnologiyasına istifadə olunub və 3500 mah batareyadan enerji alır.

LG G8s Thinq-i digər telefonlardan fərqləndirən ən bariz xüsusiyyəti isə ovuc içinizə baxaraq telefonu nəzarət etməyinizi təmin edən və ekran kilidini də ovuc içinizi analiz edərək açan yeni bir texnologiya - Hand ID ilə təchiz olunub.

 

LG G8sThinq biometrik tanıma variantı təqdim etmək üçün Uçuş Zamanı (Time-of-Flight / Tof) sensor texnologiyasından istifadə edir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır