Tarixin su altında çəkilmiş ilk filmi (Video)

  • 01 Avqust 2019
  • 69

Tom Mcnamara Con Ernest Williamson tərəfindən çəkilmiş olan dünyanın ilk su altı filmini ortaya çıxardı.

Chip.az xəbər verir ki, məşhur Science-nın öndə gələn video prodüserlərindən biri olan Tom Mcnamara, itdiyi düşünülən bir əsəri ortaya çıxardı. Bu əsər Con Ernest Williamson tərəfindən çəkilmiş olan dünyanın ilk su altı filmini daşıyır.
 
Mcnamara daha əvvəllərdən yox olduğu düşünülən bu əsəri Hollandiyanın Amsterdam şəhərində yerləşən EYE Kino Muzeyində tapıb. 1914-ci ildə çəkildiyi təxmin edilən bu sənədli film ölü bir at və bu atın ətrafında dolaşan bir köpək balığının Williamson tərəfindən bıçaqlanmasını danışır. "Bir insan niyə dayandıq yerə bir köpək balığını bıçaqlayar"? sualı ağlınıza gələ bilər. Gəlin indi də Williamsonın nə üçün belə bir şey etdiyinə baxaq.

Williamson  sualtı foto çəkən ilk adam kimi tanınır. Atası dənizçi olan  Williamson, dənizlərə də hakim bir adamdır. Atasının, dənizin dibini daha yaxşı müşahidə etmək üçün hazırladığı bir otağa girən Williamson, burada su altından videolar çəkməyə qərar verir və bu otağı genişləndirərək özünə xüsusi bir dizayn yaradır.
 
Bu dizaynı və digər sahibkarlıq layihələrini inkişaf etdirmək üçün pula ehtiyacı olan Williamson su altında bir adamın bir köpək balığı ilə qarşılaşmasını lentə alacağını söyləyir. İinvestorlar Williamsonın bu təklifini qəbul edirlər. "Jules Verne" adlı, ağır yüklərin daşınması üçün düz bir quruluşa sahib olan bir gəmiylə yola çıxan Williamson, Baham adalarına doğru yelkən açır. Peşəkar iki dalğıcı da yanında aparan Williamson,  köpək balıqlarının olduğu bir bölgəyə dəmir atar. Ölü atla köpək balıqlarının diqqətini çəkmək istəyən Williamson, bu planında uğurlu olur və qısa bir müddət içərisində köpək balıqları yanlarına yaxınlaşır. Dalğıclardan biri, köpək balığını gördüyü anda qorxuya qapılır və uğurlu olmur. İki dalğıc, vəzifəsini müvəffəqiyyətlə bitirir ancaq bu zaman kamera açıq deyildi.

Qətiyyətini davam etdirən Williamson suya atılır. Köpək balığını həm bıçaqlayıb, həm də qeydə almağı bacarır və nəticədə bu  görüntülər yaranır.

https://www.youtube.com/watch?v=QPW9z7XNGBM

Görüntüləri izləyən insanlar bu videoya "Terrors of the Deep" (Dənizin Altındakı Terror) deməyə başlayırlar, ancaq bir müddət sonra videonun adı "Thirty Leagues Under the Sea" olaraq qalır.
 
 Williamsonun bu macərası "20 Years Under the Sea" (Dənizin Altında 20 İl) adlı kitabında yer alır.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Azərpoçt MMC problemli kredit sahiblərinə 2 formada kompensasiya verəcək

Chip.az  xəbər verir ki, may ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən m

Azərbaycan startapı beynəlxalq müsabiqənin qaliblərindən oldu

Türkiyənin ən önəmli biznes və iqtisadi tədbirlərindən olan Uludağ İqtisadi Zirvəsi 2012-ci ildən təşkil olunur. Tədbirdə hər il Türkiyə və dünyanın müxtəlif ölkələrin

Sosial media fenomeni qəzada öldü

Sosial media fenomeni Emily Hartridge elektrikli skuteri ilə gəzintiyə çıxarkən bir yük maşını ilə  toqquşması nəticəsində həyatını itirib. Sosial media fenomeni və tel

Tesla şirkəti, Martin Trippdən 167 milyon dollar təzminat tələb edir

Chip.az bildirir ki, 2018 ortalarında, Elon Muskın şirkət içində bir təxribatçının olduğunu açıqlaması ilə gündəmə gələn Martin Tripp

Mei Yan simasından icazəsiz istifadə etdiyinə görə Tencent-dən şikayətçidir

Chip.az bildirir ki, Mei-yə görə Tencent onun şəkillərini dəyişdirərək Lynn xarakterini və kostyumlarını yaradıblar.

Beləki, dünyanın ə